Modern.az

Hindistanda qar uçqunu: 19 ölü

Hindistanda qar uçqunu: 19 ölü

27 Yanvar 2017, 23:43

Hindistanda qar uçqunu faciəyə səbəb olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Cammu və Kəşmir əyalətində qeydə alınıb. Qar uçqunu nəticəsində 19 nəfər həyatını itirib. Ölənlərdən 15-i əsgər və sərhəd xəttinin nəzarətçiləri, 4 nəfər isə qarın dağın ətəyindəki evləri uşurması nəticəsində ölənlərdir. Ölənlərdən ikisi uşaqdır.

 

Ərazidə bir neçə kənd işıqsız və istiliksiz qalıb. Qar uçqunu nəticəsində ölənlərin sayının artacağı istisna olunmur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü