Modern.az

Batan Malayziya gəmisində -25 nəfər xilas edilib (YENİLƏNİB)

Batan Malayziya gəmisində -25 nəfər xilas edilib (YENİLƏNİB)

Dünya

29 Yanvar 2017, 18:09

Xilasedicilər Malayziya sahillərində batmış sərnişin gəmisində olan 31 nəfərdən 25-ni xilas ediblər.

Modern.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha 6 nəfər itkin düşmüş sayılır.

"Sina" informasiya portalının yaydığı məlumata görə isə 27 nəfər xilas edilib, 4 nəfər itkin düşmüş sayılır.

 

****

14:00

Cənubi Çin dənizində Borneo adası sahilləri yaxınlığında batan Malayziya gəmisi aşkarlanıb.

 

Modern.az-ın APA-ya  istinadən verdiyi məlumata görə, gəmi batan yerdə sağ qalan bir neçə nəfər xilas edilib.

 

Qeyd edək ki, yerli vaxtla saat 22.00-da Kota Kinabal şəhərindən Menqalum adasına hərəkət edən, göyərtəsində 28 çinli turist və 3 heyət üzvünün olduğu gəmi itib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü