Modern.az

ABŞ İrana sonuncu xəbərdarlıq edib

ABŞ İrana sonuncu xəbərdarlıq edib

Dünya

1 Fevral 2017, 23:29

“İran Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinə qarşı təhdidləri davam etdirir. ABŞ İranın ballistik raket sınağını pisləyir. Bu hərəkətlər regionda təhlükəsizlik və stabilliyi pozur”. Modern.az saytı xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn keçirdiyi brifinqdə bildirib.

Maykl Flinn bildirib ki, ölkəsi bununla əlaqədar İslam Respublikasına rəsmi xəbərdarlıq edib: "Biz rəsmi olaraq İrana xəbərdarlıq edirik. Birləşmiş Ştatlar İranın Yaxın Şərq dövlətlərinin təhlükəsizliyi, stabilliyi və çiçəklənməsinə əngəl olan bu kimi hərəkətlərini pisləyir”.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü