Modern.az

Hüsnü Mübarəkə ayda 339 dollar pensiya təyin edilib

Hüsnü Mübarəkə ayda 339 dollar pensiya təyin edilib

İqtisadiyyat

29 Mart 2011, 17:25

Misirin keçmiş prezidenti Hüsnü Mübarək ayda 339 (2 min Misir funtu) dollar həcmində pensiya alacaq. Bu barədə Misirin “Əl-Məsri-əl Yum” qəzeti məlumat yayıb.

Misirin sosial sığorta ilə bağlı Hökümət Fondundakı mənbənin verdiyi məlumata görə, keçmiş prezidentə ödəniləcək pensiyanın miqdarı ilə bağlı Misir höküməti ötən həftə Fonda sorğu göndərib. Mübarəkin alacağı pensiya nazirlər üçün nəzərdə tutulmuş təqaüdün həcmindən çoxdur. Adətən Misirdə təqaüdə çıxan nazirlər 250 dollar civarında pul alırlar. Vətəndaş pensiyasından başqa Mübarək həm də hava quvvələrinin keçmiş komandanı kimi hərbi pensiya alacaq. Bu pensiyanın məbləği isə açıqlanmır.  "Qaydaya görə pulun məbləğini yalnız alan şəxs bilir”-deyə Fondun nümayəndəsi bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir