29 aprel 2017, Şənbə
Ana Səhifə - ÖLKƏ - Ailəsi Tofiq Qasımovun siyasətə qarışmasını istəmir - FOTOLAR
Ailəsi Tofiq Qasımovun siyasətə qarışmasını istəmir - FOTOLAR +
07.02.2017, 13:26

Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin önəmli fiqurlarından biri, uzun illərdir xaricdə - İsveçrədə yaşayan sabiq xarici işlər naziri, Tofiq Qasımovun bundan sonra qətiyyən siyasətə qarışmaq kimi bir niyyəti yoxdur.

Bu haqda Modern.az saytına İsveçrədə mühacirətdə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli məlumat verib.

Onun sözlərinə görə, 13 ildir İsveçrədə yaşasa da, bir dəfə də Tofiq Qasımovla görüşə bilməyib. E. Həsənli bununla belə, keçmiş xarici işlər naziri haqqında müəyyən məlumatlar da verib.

Jurnalist bildirib ki, T. Qasımovun ailəsi onun üstündə yarpaq kim əsir.


“Ailəsi istəmir ki, Tofiq müəllim siyasətə qarışsın. Çünki Tofiq bəy siyasətə qarışdığı vaxtlar ailəsi hədsiz əzab-əziyyət çəkib. O xof indi də ailəni təqib edir”-deyə E. Həsənli bildirib.

Onun fikrincə, Müsavat Partiyasının rəhbərliyi T. Qasımovu çoxdan unudub:

“Ola bilər ki, bu amil də onun susqunluğuna təsir göstərib. Bildiyim qədər, arada-sırada İsgəndər Həmidov onunla telefon əlaqısi saxlayır. O, 1938-ci ildə anadan olub. Yaşı 80-ni haqlayır. İsveçrədə 65 yaşında kişilər təqaüdə çıxır. Ola bilər ki, indi alim kimi nəyi isə hələ də araşdırır”.  

T.Qasımov 1988-ci ildən başlayan Azərbaycan Xalq Hərəkatının  sıralarına qoşulub, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedənlərdən, Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edənlərdən biri olub. 


Modern.az-ın məlumatına görə, Tofiq Məsim oğlu Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.
    
1987-ci ildən siyasətə qoşulub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir.
    
1988-ci ilin mart-may aylarında Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

Azərbaycan SSRİ xalq deputatı seçilmiş, Azərbaycan Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak etmişdir. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.
    
Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilib. Orada olduğu müddətdə 100-dən çox xarici televiziya, radio və mətbuat nümayəndələrinə Yanvar hadisələri, qaçqınlar, rus qaçqınları və s. hadisələrin mahiyyətini açıqlayıb.
    
May 1992-ci ildə Azərbaycan Respublikasının xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.
Azərbaycan Respublikasının Xarici siyasətinin inkişafında öz dövrünə görə müəyyən rolu olub. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib. İngilis, türk və rus dillərini bilir.

Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçə mühacirət edib.

2 qızı var. Hazırda həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır.

 

Aqşin KƏRİMOV

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.04.2017, 15:22

Tovuzda Milli Qəhrəmanın büstünün açılışı oldu

29.04.2017, 15:18

Xəzərdən başlayan su səyahəti Azərbaycanın şimal qapısı Qusarda

29.04.2017, 15:12

Bakı ermənisi Heydər Əliyevin məzarı önündə baş əydi - FOTOLAR

29.04.2017, 15:09

Ötən gün yollarda 1 nəfər ölüb, 2 nəfər yaralanıb

29.04.2017, 14:55

Dövlət Baytarlıq Xidməti “Elba”nı biabır etdi – at əti satırmış - QALMAQAL

29.04.2017, 14:38

Ermənistan ifşa edildi – öz PUA-sını vurub

29.04.2017, 14:29

Türkiyədə məscid tikintisi zamanı ÇÖKMƏ: 3 ölü

29.04.2017, 14:26

Bəzi tədris müəssisələrinin səlahiyyətləri azaldıldı  

29.04.2017, 13:57

MTN-in qadın generalı məhkəmədə ifadə verdi  

29.04.2017, 13:51

İlham Əliyev Qətərin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB 

29.04.2017, 13:45

Jirinovski öz yerini sizə verib – azərbaycanlı jurnalistdən Zaxarovaya sərt CAVAB 

29.04.2017, 13:15

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

29.04.2017, 12:58

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

29.04.2017, 12:47

Bakıda 11 nəfər TUTULDU, xeyli sürücü və piyada CƏRİMƏLƏNDİ  

29.04.2017, 12:44

Sabahın HAVASI– paytaxtda 20 dərəcə isti olacaq

29.04.2017, 12:21

Nardaranda yenə silah-sursat tapıldı

29.04.2017, 12:16

Elçin Quliyevlə Aydın Əliyev Bakı aeroportunu YOXLADI

29.04.2017, 11:53

Ağsu çayında kişi meyiti tapıldı

29.04.2017, 11:45

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

29.04.2017, 11:40

Qırğızıstanda torpaq sürüşməsi - 24 ölü

29.04.2017, 11:30

XİN başçılarının Moskva görüşünün NƏTİCƏSİ - Prezidentlər görüşəcək?

29.04.2017, 11:22

UNEC xarici ticarətə kadr dəstəyi verəcək

29.04.2017, 11:20

BANM-in tələbələri ATA yardda

29.04.2017, 10:49

“Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı” – Deputat sərt DANIŞDI  

29.04.2017, 10:32

Quba məzarlığı ilə bağlı təcili müşavirə təxirə salınıb

29.04.2017, 10:25

Güzgünün o biri üzü

29.04.2017, 10:11

Bakıda bədbəxt hadisə - Qadın və kişi balkondan düşdü  

29.04.2017, 10:07

Hüquq müdafiəçisi Ermənistan rəhbərliyini ifşa etdi – aprel müharibəsindəki itkilər GİZLƏDİLİR

29.04.2017, 10:05

Baş nazir  dəyişiklik etdi – bu qurum İqtisadiyyat Nazirliyinə verildi

29.04.2017, 10:03

Prezidentlərin aylıq əmək haqqları açıqlandı

29.04.2017, 09:55

Düşmənin cəbhəboyu TƏXRİBATI: mövqelərimizə 9 mərmi atıldı

29.04.2017, 09:12

Bakıda maşın piyadanın üzərindən keçdi

29.04.2017, 08:59

Azərbaycanda ən çox nikaha girilən və boşanma olan aylar

29.04.2017, 08:55

Albaniyada yeni prezident seçildi

29.04.2017, 00:49

Sabiq baş nazir Albaniya prezidenti oldu

ARXİV