Modern.az

Bəşər Əsəd: “Suriya mənim ailəmə məxsus deyil”

Bəşər Əsəd: “Suriya mənim ailəmə məxsus deyil”

Dünya

7 Fevral 2017, 14:03

Suriya prezidenti Bəşər Əsəd deyib ki, ölkə təkcə onun doğmalarına deyil, suriyalılara məxsus olduğundan ailəsi həmişə hakimiyyətdə ola bilməz.

“Əlbəttə, ölkə mənim ailəmə məxsus deyil. Suriya suriyalılara məxsusdur və hər bir suriyalının bu postu (prezident) tutmaq hüququ var”.

Modern.az xəbər verir ki, Bəşər Əsəd jurnalistin “Ailə üzvlərindən kimsənin Suriyada ondan sonra hakimiyyətə gəlməyəcəyinə təminat verə bilərmi” sualına cavabında belə deyib.

Bəşər Əsəd 1965-ci il sentyabrın 11-də Dəməşqdə Suriya Hərbi Hava qüvvələri komandanlığını briqda generalı Hafiz Əsədin ailəsində doğulub.

Atası 1970-ci ildə dövlət başçısı olub. Bəşər Əsəd ailənin üçüncü övladıdır. 

2000-ci il iyunun 11-də atası öləndən sonra Bəşər Əsədə general-leytenant rütbəsi verilib, o, Suriya ordusunun Ali Baş Komandanı postunu tutub.

Həmin il hakin BAAS partiyasının qurultayında baş katib seçilib və prezidentliyə vahid namizədliyi irəli sürülüb. Namizədliyi parlamentdə təsdiqlənib.

Bəşər Əsəd kompüter texnologiyaları üzrə mütəxəssis Əsma əl-Ahrasla evlidir. Cütlüyün iki oğlu və qızı var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü