Modern.az

5 yaşadək uşaqla kral kimi, 15 yaşadək qul kimi... - Dünya ölkələrinin UŞAQ BAĞÇALARI

5 yaşadək uşaqla kral kimi, 15 yaşadək qul kimi... - Dünya ölkələrinin UŞAQ BAĞÇALARI

Dünya

10 Fevral 2017, 11:53

Müxtəlif ölkələrdə məktəbəqədər təhsil müəssisələrinin öz planı və rejimi mövcuddur.

Modern.az saytı fərqli ölkələrdəki bağça sistemi haqda qısa informasiyanı təqdim edir.


Avstraliya
da 6 həftəsi tamam olan uşaqları bağçaya qəbul etməyə başlayırlar. Adətən, bağçaların hamısı özəl sayılır. Qanuna əsasən, hər bir bağçada 1 yaşına qədər uşaqlar üçün 1 baxıcıya 4 nəfər, 3 yaşdan sonra isə 1 baxıcıya 12-15 uşaq düşə bilər. Özəl ev bağçaları da var ki, burada yalnız 5-ə qədər uşaq təhsil ala bilər. Bu fəaliyyətlə məşğul olan bütün müəssisələr sertifikasiyadan keçməli və müvafiq normalara cavab verməlidir.

Avstraliya bağçalarında uşaqlara ya müəssisədə hazırlanan, ya da onlara evdən verilən yeməklə qidalanmağa icazə verilir. Valideynlərə evdə uşağa vermək üçün qida məhsullarının siyahısı verilir. Bu, uşaqlarda hansı məhsullara allergiya olub-olmamasını yoxlamaq üçün edilir. Bundan başqa, bağça yetirməsi ciddi xəstə deyilsə, o, mütləq təhsil müəssisinə gəlməlidir. Ona lazım olan dərman vasitələri bağçanın öz hesabına verilir.

Avstraliya bağçalarının yetirmələrinə gündə 2 dəfə gəzintiyə çıxmaq icazəsi (səhər və günortadan sonra) verilir. 


Hindistan
da bağçalara 2 il gedirlər. Təxminən 3-4 yaşdan başlayaraq bütün uşaqlar özəl məktəb-bağçalara gedirlər. Aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə cəmiyyətləri və varlı insanların ayırdığı pul hesabına geniş işlər görülür.

Bağçalara giriş sərbəstdir və analar öz övladlarının yanına istədikləri vaxt gələ bilərlər. Amma bağçalarda uşaqlara şillə vurulması və s. cəza növləri adi hal kimi qəbul olunur. Bağçalarda yalnız vegeterian menyusu (meyvə-tərəvəz) mövcuddur. 

Yatmaq üçün döşəklər qoyulmuş xüsusi otaqlar var.

Uşaqlar səhər Hindistan dövlət himnini ifa etdikdən sonra səhər gəzintisinə çıxırlar. Azyaşlılar oyun oynayır, nisbətən böyük yaşda olan uşaqlar isə idmanla məşğul olur, musiqi, riyaziyyat və rəsmlə məşğul olurlar.


ABŞ
-da uşaqların 4 həftəsi tamam olduqdan sonra bağçaya getməklərinə icazə verilir. Adətən, bir qrupda 10-dan artıq uşaq olamlı deyil. Bütün bağçalar kommersiya xarakterlidir və 1 uşaq üçün ayda 300 dollardan 4000 dollara qədər ödəniş əsasında çalışır.

ABŞ bağçalarının əsas özəlliyi təhlükəsizlik məsələlərinə həddən artıq diqqətin ayrılmasıdır. Buna görə, 0-5 yaş arasında uşaqların valideynlərinə və kənar şəxslərə bağçada qalmağa icazə verilmir, uşaqlar yatarkən isə yorğansız və oyuncaqlarsız yuxuya gedirlər. Qəfil yanğın ehtimalına qarşı amerikalı balacalar mütləq ayaqqabılarını çıxarmadan yatmalıdırlar.   

 

Türkiyədə dövlət bağçaları yalnız dövlət qulluqçusu olan ölkə vətəndaşlarının övladları üçün nəzərdə tutulub və pulsuzdur. Bu səbəbdən də ölkədə özəl bağçalar geniş yayılıb. Bağçalara qəbul adətən 3 yaşından başlayır. Türkiyə bağçalarında uşaqların yatma vaxtı onların valideynlərinin öncədən göstərdiyi vaxtlarda həyata keçirilir. Gündəlik olaraq, uşaqların zooparka, üzgüçülüyə və müxtəlif ekskursiyalara aparılması təmin olunur. Belə özəl bağçalarda qiymətlər 600-1200 lirə arasında dəyişir.

6 yaşı tamam olan bütün uşaqlar ilk okul adlandırılan ibtidai məktəblərə daxil olmalıdır.


Rusiyad
a məktəbəqədər təhsil sistemində dövlətin rolu aparıcıdır. Belə ki, ölkədə 58 mindən artıq uşaq bağçasının yalnız 2%-i özəldir. Dövlət bağçalarına 5,5 milyon uşaq gedir. Valideynlər dövlət bağçalarına hər ay 4015 min rubl ödəniş etməlidirlər. Bu zaman uşaqların qidalanması üçün dövlət büdcəsindən vəsait ayrılır. Adətən, belə bağçalarda 25-30 uşağa 1 baxıcı verilir.


Yaponiyada
uşaq bağçaları Hoykuen adlanır. Bura 3 aydan 5 yaşa qədər uşaqlar qəbul olunur. Səhər 8-dən axşam 6-ya qədər fəaliyyət göstərən belə bağçalara uşağın verilməsi çətin prosedurdur. İlk olaraq, valideynlər gündə 4 saatdan artıq işlədiklərini sübut edən sənəd təqdim etməlidir. Onların bağçaya ödəyəcəyi aylıq məbləğ isə gəlirlərindən asılı olaraq dəyişir.

Bundan başqa, Etien adlanan dövlət bağçaları da mövcuddur ki, burada uşaqlar 7 saatdan çox olmamaq şərti ilə, səhər 9-dan 2-yə qədər qalırlar. Belə bağçalarda 1 baxıcı 6-8 uşaqa nəzarət edir. Yeməyə isə mütləq süd məhsulları, meyvə-tərəvəz və düyü verilməlidir. Bağçalarda mütləq xor təşkil olunur.

Yapon deyiminə görə, 5 yaşadək uşaqla kral kimi, 15 yaşadək qul kimi, 15 yaşdan sonra isə bərabər münasibət göstərilir.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı