Modern.az

Müdafiə Nazirliyi və Ombudsman Aparatı tədbirlər planı İMZALADI

Müdafiə Nazirliyi və Ombudsman Aparatı tədbirlər planı İMZALADI

11 Fevral 2017, 13:37

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  planda nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə tədbirlər keçiriləcək.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və mütəxəssislərin iştirakı ilə təşkil olunacaq tədbirlərdə məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü