16 dekabr 2017, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Xoş gəldiniz, Paşam  
Xoş gəldiniz, Paşam  
12.02.2017, 11:28

Parlaq şəxsiyyət olan Mirliva (General –leytenant) Nuru ( Nuri ) Paşa haqqında sağlığında da, dünyasını dəyişəndən sonra da söz-söhbətlər səngiməmişdir. Bütün rütbələrində millətə sədaqətlə xidmət edən şücaətli əskər olmuş, elə əbədiyyətə də əskər kimi uğurlanmışdır. Bu yazıda Bakının xilaskarı kimi milli yaddaşımıza həkk olunmuş, millətimizin daşnaq məzalimində əliyalın qaldığı, qədərinə tərk edildiyi  bir zamanda özünü yetirib “çək qılıncın, Azərbaycan, gəldim!”- deyə hayqıran əfsanəvi Nuru Paşadan bəhs etməyi özümə borç bilirəm. Dərhal qeyd etmək lazımdır ki, Nuru Paşanın Azərbaycana  gəlişini qızıl-gümüş ələ keçirmək,  sərvət hərisliyi ilə bağlamaq heç bir tənqidə duruş gətirməyən məntiqsiz fikirdir. Sərvət  sahibi olmaq istəsəydi həyatını niyə riskə atırdı ki, tacir olardı, sələmçilik edərdi və ya İstanbul zənginlərindən birinin qızı ilə evlənib sakit həyat yaşayardı.


Digər tərəfdən, Nuru Paşa sərvət eldə etmək istəsəydi daha kiminsə ona göndərəcəyi qızılı  gözləməzdi. Əmrində olan ordu ilə istənilən  bankı, bankiri, milyonərin sərvətini ələ keçirərdi. Unutmaq olmaz ki, o, qarətçi, yağmacı, yol kəsən, quldur yox, Ə S G Ə R idi. Aldığı tərbiyə, fikri, düşüncəsi, zehniyyəti Nuru Paşaya var-dövlətə görə ülvi dəyərlərdən imtina etməyə son nəfəsinədək imkan verməmişdir.


XIX əsrdə Osmanlı dövlətindəki separatçı qüvvələri intensiv şəkildə təhrik və təşviq edən Rusiya, İngiltərə və Fransa nəticə etibarı ilə böyük bir imperatorluğun süqutuna nail olmuşdu. Bir-birinin ardınca baş verən 1828/1829, 1853/1856, 1877/1878, 1912/1913, 1914/1918- ci illər müharibələri Osmanlı dövlətini iflic vəziyyətinə gətirmişdi. Mütəmadi olaraq ölkə daxilində bitib- tükənməyən iğtişaşlar, ayaqlanmalar, təxribatlar, iqtisadi sabotajlar, terror hərəkətləri ölkəyə fəlakətli  dərəcədə  təsir göstərməsinə baxmayaraq, Osmanlı dövləti imkan daxilində Azərbaycana kömək göstərirdi. Mübaliğəsiz qeyd etmək olar ki, bu mənada 1918-ci ilin 4 iyununda Batumidə imzalanmış saziş əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi ilə  hərəkət edən Nuru ( Nuri ) Paşanın komandan olduğu Qafqaz islam ordusunun  xilaskarlıq hərəkatı birmənalı şəkildə qəhrəmanlıq xariqəsidir.

 

1918-ci ilin iyun ayının 8-də Gəncəyə gələn türklərin oxuduğu hərbi marşlar, xüsusən

“İrevan’ın sürüsün
Sürün dağlar bürüsün.
Şanlı Türk’ün ordusu
Gence deyin yürüsün.”

“Kafkas dağı, yol ver bize,
Biz Bakü’ye varacağız.
Babalardan miras kalan,
Toprakları alacağız…”

sözləri xalqı coşdururdu.

İki qardaş igid əsgəri birlik qısa müddət ərzində Gəncə və ətraf yerləri  düşmənlərdən təmizlədikdən sonra 1918-ci ilin 18 iyununda  əsas strateji hədəfə – Bakı uğrunda həlledici cəbhəyə yola düşdü. Minnətdar və vəfalı gəncəlilər Nuru Paşa və Mürsəl bəyin əskərlərini hərarətlə uğurlayırdılar:

Qatar gəlib yan verir
Gəncəliyə şan verir.
Gəncənin cavanları
“Bakı!” -deyə can verir.

 

Dövlət himnimizin müəllifi, unudulmaz Əhməd Cavadın o ərəfədə mətbuatda yayınlanmış şeiri də Nuru Paşanın qəhrəman xilaskar ordusunun azadlıq dastanına bir ərməğan idi:

Ey şanlı ölkənin şanlı ordusu,

Unutma Qafqaza gəldiyin günü.

Gəlirkən qovmağa Turandan Rusu

Ayağını Qara dəniz öpdümü?

İlk atarkən əski bürcə addımı

Qars qalası salam topu atdımı?

Sən yaparkən orda zəfər şənliyi

Məğlub düşmən qaşlarını çatdımı?


Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Kürdəmirdə törədilən qətliamın, qəddarlıqla öldürülmüş minlərlə günahsız qardaş və bacılarının  qisasını azğın daşnaklardan almaq üçün ətraf yerlərdən- Şilyandan, Muradxandan, Bayatdan, Alpoutdan, Şıxbəylidən, Carlıdan, Söyüdlüdən, Ləkidən, Bərgüşatdan gələn  qeyrətli Azərbaycan oğullarının da misilsiz yardımı ilə Nuru Paşanın şanlı əskərləri 27 iyun 1918-ci ildə Qaraməryəm-Kürdəmir istiqamətində onların Bakıya yürüşünü dayandırmaq istəyən daşnak və tərəfdarlarının azğın dirənişini darmadağın edərək türk hərb salnaməsində  yeni parlaq səhifə açmışlar.

1918-ci ilin 30 mart-3 aprel günlərində  Bakıda xüsusi qəddarlıq törədən  və cəzasız qalacaqlarından əmin olan azğın daşnaklar osmanlılarla olacaq döyüşdə ağqvardiyaçılar G. Korqanovun, general Dokuçayevin, Biçeraxovun,  Birləşmiş Krallığın polkovniki L. Danstervilin nizami əskəri birliklərinin fəal yardımına güvənirdilər.  Onların hətta 3 zirehli maşını və 2 ədəd “Martinsyde G.100” tipli hərbi təyyarəsi də vardı. Lakin heç bir şey Nuru Paşanın əskərlərinin qələbə yürüşünün qarşısını ala  bilmədi.


31 iyul 1918-ci ildə Bakı civarında tərəflər qarşı-qarşıya gəldilər. Bir həftə boyunca türklərə müqavimət göstərə bilən daşnaklar və tərfdarları tədricən mövqelərini itirməyə başladılar. 15 avqustda türklər Bibiheybət və Badamdar yüksəkliklərini artıq fəth etmişdilər. 15-ci “Çanakkale” diviziyasının 8 sentyabr 1918-ci ildə Bakıya gəlməsi, 10 sentyabrda Nuru Paşanın birbaşa cəbhəyə təşrifi əskərləri həlledici döyüşə səfərbər etdi. 14 sentyabrda səhər tezdən bütün cəbhə boyu türk artileriyasının intensiv yaylım atəşlərinin təsirindən  düşmən sipərləri yerlə yeksan edildi. “ALLAH ALLAH” təzahüratları ilə  hücuma keçən qəhrəman əskərlərinin nərəsindən daşnaklar pərən-pərən oldular. Denstervil can hayında olan fərari daşnakları bir araya gətirməyin mümkünsüzlüyünü görüb hava qaralan kimi özü və donanması Bakını tərk etdi. Sentrokaspi xuntası da çarəni qaçmaqda gördü. 36 zabit, 1651 daşnaq silahlısı əsir  düşdü.  1918-ci ilin 15 sentyabr səhərində, saat 9-da Nuru Paşanın əskərləri Bakıya daxil oldu. Bu şanlı qələbə münasibətilə o zaman hərbi nazir olan Ənvər Paşa qardaşı Nuru Paşaya təbrik teleqramı göndərmişdi: “Türk ve islam tarihi Sizin bu hizmetinizi unutmayacaktır. Gazilerimizin gözlerinden, öper, şehitlerimize fatihalar ithaf ederim”-ENVER PAŞA”.


Nuru Paşanın əskərlərinin Bakıya girişini bakılılar “ALLAHu əkbər”, “Maşallah”, “Qurban sən tək qardaşa, Nuru Paşa, çox yaşa” təzahüratları ilə qarşıladıqları zaman Bakı limanında başqa mənzərə hökm sürürdü.  O günlərdən bəhs edən Aleks Marşalın 2009-cu ildə yayınlanmış kitabında  yazılır ki, “Armenians crowded the harbour in a frantic effort to escape”- Limanı doldurmuş ermeniler vahime içinde qaçıb qurtulmağa çalışırdılar”. ( Alex Marshall. The Caucasus Under Soviet Rule, s. 96). Həmin hadisənin şahidi olmuş və Ənzəliyə qaçmış Yeqişe Kaqamyans bir il sonra belə yazmışdı:

در محله‌های ارمنی‌نشین دیگر کسی باقی نماند. مرد، زن و کودک بقچه به بغل آشفته به سوی ساحل

                                                                                                                                 دریا میدویدند

“Ermənilər oturan məhəllələrdə daha kimsə qalmamışdı: kişi, arvad, uşaq qoltuqlarında boğça dəli kimi dəniz sahilinə tərəf qaçırdılar”.

 

30. 10. 1918-ci ildə Lemnos adasının Mudros ( Mondros) limanında Böyük Britaniya  ilə Osmanlı dövləti arasında imzalanmış və tarixdə Mudros atəşkəsi ilə tanınan sazişin 11-ci maddəsinə uyğun olaraq, Nuru Paşa 1918-ci ilin 16 noyabrında Bakını tərk edir. Türklər 1918-ci ilin dekabr ayının 15-də Azərbvaycandan tamamilə çıxıb gedirlər.  Qeyd etmək lazımdır ki, Admiral Artur  Somerset Kaltorpun diktəsi ilə hazırlanmış və Osmanlı dövlətinin təmsilcisi Hərbi Dəniz Donanmasının başçısı Hüseyin Rauf Orbaya  qeydsiz-şərtsiz imzalatdırılmış Mudros sazişi ermənilərə çox imtiyazlar tanımışdır. Türklər Azərbaycandan gedən kimi İrana qaçmış daşnaklar geri qayıtdılar. Onların Bakı katolikosu Baqrat Vartanyan hətta ingilislərdən umu-küsü edərək qaçqınları havayı aparmadığına görə gəmicilik şirkətini məhkəməyə verəcəyini bildirmişdi.

Bakını tərk étmək haqqında əmr alan Bakı xilaskarı Nuru Paşa və Mürsəl bəy Batumidə limanda həbs olunaraq ingilislərə təslim edilir. İngilislər onu bər müddət Ərdəhan qalasında dustaq saxlayırlar. Nuru Paşanın Ərdəhan qalasında dustaq saxlaıldığını öyrənən bir qrup azərbaycanlı fədai həyatlarını təhlükəyə ataraq 1919-cu ilin 8 avqust gecəsində misli görünməmiş bir şücaətlə onu Ərdəhan qalasından- ingilislərdən qurtarmağa müvəffəq olur. Sanki bu dəfə Azərbaycan öz fədailərinin simasında Bakı xilaskarına olan şükran borcunu ödəyirdi. Bakını daşnak zülmündən qurtarmış Mürsəl bəy isə Malta adasına sürgün olunur. Müxtəlif çətinlikərlə üzləşmiş Nuru paşa da qardaşı Ənvər paşa kimi bir partlayış nəticəsində həlak olmuşdur.  Nuru paşanın nəşi tapılmadığından müftiliyin fətvası ilə ona  cənazə namazı qılınmamışdır. Parlaq şəxsiyyət Nuru Paşa öz gedişi ilə də şimşək kimi kəhkəşanı aydınlatmışdır.


Uzun müddət unutdurulmağa çalışılsa da Azərbaycan öz xilaskarını əsla unutmur. 1990-cı ilin 20 yanvarında  Nuru Paşanın yeri görünürdü, gəlməməsinə çox üzülmüşdük, bəbəkləri yaş donmuş gözlər Onu aramışi görməmişdi, giley də etmişdik:

Ürəklər döndü daşa,

Uzaq qardaş-qardaşa.

Gəlmədi Nuru Paşa

Ağla qərənfil, ağla…


Nuru Paşanın Azərbaycana gəlişini millətin əksəriyyəti rəğbətlə qarşılasa da, buna müxalif düşünənlər də olmuşdur. Məsələn, T. Svietoçovskinin 1985-ci ildə Kembric Universitetində yayınlanmış “Rusiya-Azərbaycan: 1905- 1920”  kitabında iddia olunur ki, “Ottoman interference led some elements of Azerbaijani society to oppose Turks”- Osmanlıların müdaxiləsi Azərbaycan cəmiyyətində bəzi ünsürlərin türklərə müxalif olmasına apardı” /s.12/.

           
Cəfər Cabbarlının qələmə aldığı “Bakı müharibəsi” və  Mirzə Bala Məhəmmədzadənin yazdığı “ Bakı uğrunda müharibə” əsərlərində  Bakı xilaskarı Nuru Paşanın komandanlıq əzmi və üstün taktiki manevr qabiliyyəti, Azərbaycana olan dəruni sevgisi ön plana çıxarılmışdır.  Təəssüf ki, həmin əsərlər sonradan yoxa çıxmışdır. Yüksək amallı milli təəssübkeş, ülvi ideyalar uğruna fədakar mücahid, arzusu millətə təmənnasız xidmət olan böyük türk sərkərdəsi Nuru Paşa, haqqında bəzilərinin məqsədyönlü şəkildə  uydurduğu insinuasiyalara rəğmən,  qədirbilən Azərbaycan övladlarının  xatirəsində əbədi olaraq Bakı xilaskarı kimi qalacaqdır.


…Təsəvvürümdə Bakının girəcəyindəki ən yüksək yerdə Nuru Paşanın at üstündə xəyali heykəlini görürəm. Özündən əmin, ciddi baxışlı, şux oturuşlu Paşa sanki nigaranlığımı hiss edir, dodaqlarında donmuş xəfif təbəssümlə  söylədiyi: Merhaba, Bakü! –salamına mən  də ehtiramla “Xoş gəldiniz, Paşam” pıçıldayıram.


Ramazan SİRACOĞLU

 

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Suriyada İran ordusunun polkovniki öldürüldü
16.12.2017, 01:06

Suriyada İran ordusunun polkovniki öldürüldü

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament
16.12.2017, 00:39

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament

Yanğın bir ailəni evsiz qoydu
16.12.2017, 00:23

Yanğın bir ailəni evsiz qoydu

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi
16.12.2017, 00:11

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır
15.12.2017, 23:54

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır

Ata içki süfrəsində oğlunun qanını tökdü
15.12.2017, 23:41

Ata içki süfrəsində oğlunun qanını tökdü

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq
15.12.2017, 23:24

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq

Neft bir qədər bahalaşdı
15.12.2017, 23:11

Neft bir qədər bahalaşdı

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib
15.12.2017, 22:57

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER
15.12.2017, 22:39

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER

Baş Qərargah rəisləri bir arada
15.12.2017, 22:34

Baş Qərargah rəisləri bir arada

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN
15.12.2017, 22:28

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN

Gələn il birrəqəmli inflyasiya olacaq
15.12.2017, 22:16

Gələn il birrəqəmli inflyasiya olacaq

Əmək kitabçaları tarixə qovuşur - Video
15.12.2017, 22:07

Əmək kitabçaları tarixə qovuşur - Video

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb
15.12.2017, 21:57

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb

İndoneziyada 6,8 bal gücündə zəlzələ
15.12.2017, 21:42

İndoneziyada 6,8 bal gücündə zəlzələ

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.13%)
Araz Ağalarov (13.4%)
Mübariz Mənsimov (17.3%)
Fərhad Əhmədov(13.8%)
Füzuli Məmmədov(52.4%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.56%)
Digərləri(0.86%)