Modern.az

Tarif Şurası apteklərdən NARAZIDIR: “Spekulyasiya ediblər”

Tarif Şurası apteklərdən NARAZIDIR: “Spekulyasiya ediblər”

16 Fevral 2017, 12:18

“Dolların məzənnəsinin 10 gün ərzində yüksək həddə çatması və yenidən ucuzlaşması apteklərdə dərman tapılmasına təsir edib.

Modern.az xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. O bildirib ki, bu vəziyyət bəzi apteklərin gözləmə mövqeyinə keçməsinə səbəb olub.

“Nəticədə apteklər dərmanları satmaqdan imtina edirlər. Apteklər spekulyasiya edirlər, dərmanları satmırlar. Bir aptekdə dərman olur və digərlərində olmur. Nəticədə apteklər dərman istəyəndə hansında dərmanın həqiqətən olub-olmaması müəyyənləşmir. Və hər ikisini eyni həcmdə dərman verilir. Dərman satmayan apteklər bu minvalla öz-özlərini cəzalandırmış olurlar”.

İ.Məcidov bildirib ki, Azərbaycanda dərman idxalı ilə bağlı heç bir problem yoxdur.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü