Modern.az

Gürcü jurnalist Azərbaycanın “qara siyahı"sına salındı

Gürcü jurnalist Azərbaycanın “qara siyahı"sına salındı

Aktual

16 Fevral 2017, 14:51

Azərbaycanın Xarici İşlər Nazirliyi daha bir jurnalistin adını “qara siyahı”ya salıb.

 

Modern.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gürcüstanın “Birinci kanalı”nın əməkdaşı Quram Roqava 2016-cı ilin aprelində cəbhədə yaranmış gərginlik zamanı Dağlıq Qarabağa qanunsuz səfər edərək, hadisələri birtərəfli işıqlandırdığı üçün Azərbaycanın “arzuolunmaz şəxsləri” siyahısına daxil edilib.

 

Jurnalist öz Facebook səhifəsində fakta münasibətini bildirib və təəssüf içində olduğnu yazıb.

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü