Modern.az

Danford Bakıdan Türkiyəyə gedəcək

Danford Bakıdan Türkiyəyə gedəcək

Aktual

16 Fevral 2017, 16:20

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford sabah Türkiyəyə səfər edəcək.

Modern.az “Milliyet”ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.

O, ABŞ-ın Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPD-nin silahlı qrupu YPQ ilə bağlı etirazlarını dəyərləndirəcəyini bildirib.

Qeyd edək ki, Cozef Danford hazırda Bakıdadır. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüş keçirmək üçün Azərbaycana gəlib.

Cozef Danfordu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Bundan başqa hər iki ölkənin baş qərargah rəisləri müdafiə naziri Zakir Həsənovla görüşüblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı