Modern.az

"Azərbaycan Litva münasibətləri yüksələn xətlə inkişaf edir" - Vitse-spiker

"Azərbaycan Litva münasibətləri yüksələn xətlə inkişaf edir" - Vitse-spiker

Aktual

16 Fevral 2017, 21:55

"Azərbaycanla Litva arasında münasibətlər yüksələn xətlə inkişaf edir". Modern.az saytı "Trend"ə istinadən xəbər verir ki, bunu parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov Litva dövlətinin bərpasının 99-cu illiyi ilə bağlı keçirilən mərasimdə deyib. Z.Əsgərov Litva xalqını milli bayramları münasibətilə təbrik edib: "İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Burda dövlət başçılarının böyük rolu var. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın inkişafına böyük töhfə verib".

O, həmçinin, siyasi, iqtisadi və humanitar sahələrdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Z.Əsgərovun sözlərinə görə, parlamentlərarası əlaqələr də intensiv inkişaf edir: "Bütün sahələrdə iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və mən əminəm ki, biz onları xalqlarımızın rifahı üçün istifadə edəcəyik".

Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas bildirib ki, yeddi yüz il əvvəl yaranmış və 1918-ci ildə dövlətçiliyini yenidən quran Litva Respublikası 99 illiyini qeyd edir: "İndi, 21-ci əsrdə Litva tarixi təcrübəsini, ümumi dəyərlərini qoruyub saxlamaqla öz gələcəyini Avropa İttifaqı ölkələri ilə birlikdə qurur. Ona görə də biz təhlükəsiz gələcəyimizi təmin edən NATO-dakı üzvlüyümüzü qiymətləndiririk və bütün digər dövlətlərin azadlığını, ərazi bütövlüyünü dəstəkləyirik".

 

Diplomat qeyd edib ki, Azərbaycan Litvanın vacib tərəfdaşlarından biridir: "Bizim ölkələri əsası orta əsrlərə söykənən uzun illərin tərəfdaşlıq təcrübəsi bağlayır. Bu gün bizim iqtisadi, enerji, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək üçün hüquqi və təşkilati imkanlarımız var".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü