Modern.az

İranda Azərbaycan bayrağına hörmətsizlik

İranda Azərbaycan bayrağına hörmətsizlik

Aktual

16 Fevral 2017, 23:06

Xəbər verdiyimiz kimi, İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Modern.az saytı "Qafqazinfo"ya istinadən xəbər verir ki, təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik edib. Belə ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandasını arenaya başqa bayraqla çıxarıblar.

Azərbaycan Güləş Federasiyasının rəsmiləri və yığmanın baş məşqçisi Firdovsi Umudovun etirazından sonra təşkilatçılar söz veriblər ki, bayrağı dəyişəcəklər. Daha sonra hoteldən Azərbaycan bayrağı gətirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü