Modern.az

Quba-Xınalıq yolu açıldı

Quba-Xınalıq yolu açıldı

Aktual

17 Fevral 2017, 16:11

Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.

Modern.az  xəbər verir ki, qar uçqunu fevralın 17-si səhər saatlarında Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qeydə alınıb. Uçqun nəticəsində yola bir neçə metr hündürlüyündə qar tökülüb. Yolun bağlanması nəticəsində həmin istiqamətdə yerləşən 8 kəndlə nəqliyyat əlaqəsi kəsilmişdi.

“Azəravtoyol” ASC-nin yerli qurumunun əraziyə cəlb olunan işçi qüvvəsi və ağır texnikası günün ikinci yarısında yolu qardan təmizləməyə müvəffəq olub.

 

Hazırda avtomobillərin Xınalıq istiqamətində hərəkətində problem yoxdur. Bununla belə əraziyə yalnız qarlı havaya uyğun xüsusi nəqliyyat vasitələri ilə getmək tövsiyə edilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü