Modern.az

Sarkisyan yenə həyasızlıq etdi

Sarkisyan yenə həyasızlıq etdi

18 Fevral 2017, 14:12

Ermənistan prezidenti  Serj Sarkisyan “Yerkrapa” Könüllülər İttifaqının bu gün Yerevanda keçirilən qurultayındakı çıxışı zamanı hədələyici tonda danışıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan Qarabağda hərbi əməliyyatların baylayacağı təqdirdə bunun qarşısnın almaq gücündə olduqlarını bəyan edib.

“Bu gün Azərbaycanda illüziya mövcuddur ki, Ermənistan parlament seçkiləri ilə məşğul olacaq, zəif düşəcək, bəlkə də Bakı yeni təxribata əl atmağa çalışacaq”.

Erməni prezident yenə həyasızlığını nümayiş etdirib:

“Rəsmi Bakı Qarabağ problemini Azərbaycanın daxili məsələsi adlandırıb. Amma onlar nəinki Stepanakertdə çay içə bildilər, hətta Ağdamda, Füzulidə, Cəbrayılda və digər yerlərdə də bundan məhrum oldular. Qarabağ problemi - erməni xalqının işidir”

Sarkisyan “biz Qarabağın arxasında dağ kimi durmuşuq. Bütün mümkün təxribatlar layiqli cavab zərbəsi alacaq”-deyə növbəti dəfə hədələyici tonda danışıb.

Xatırladaq ki, “Yerkrapa” Azərbaycanın işğal altındakı Qarabağ ərazisində qanlı cinayətlər törətmiş yarımhərbi könüllü birləşmədir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü