Modern.az

Xocalı soyqırımı haqqında tarixi  kitabın təqdimatı  keçirilib

Xocalı soyqırımı haqqında tarixi  kitabın təqdimatı  keçirilib

Aktual

23 Fevral 2017, 10:52

“Xəzər” Universitetində tarix elmləri doktoru Nəsiman Yaqublunun  Xocalı soyqırımı haqqında Azərbaycanda  ilk yazılmış  “Xocalı soyqırımı” kitabının təqdimat mərasimi  və tədbir keçirilib.

 

Tədbirdə ilk olaraq N.Yaqublu çıxış etmiş və kitabdakı yazılar haqqında məlumat vermiş, hadisədən bir-neçə gün sonra Ağdamda olduğunu, Milli Qəhrəman Allahverdi Bağırovla birlikdə  Əskəran yaxınlığında ermənilərlə danışıqlarda iştirak etdiyini,qətlə yetirilənlərin meyidlərinin necə  alınıb gətirilməsini faktlarla və görüntülərlə tədbir iştirakçılarına çatdırmışdır. Müəllif qeyd etmişdir ki, girovda olan, müxtəlif işgəncələrə məruz qalan xocalılarla da görüşmüş, onların faciələrini qələmə alıb.

 

O qeyd etmişdir ki, bu kitabın təsirliliyindən narahat olan erməni tədqiqatçıları və bəzi jurnalistləri soyqırım günlərində bu kitabın əleyhinə internetdə ingilis və erməni dillərində ciddi təbliğat aparırlar. Sonra müəllif kitabdan tələbələrə və tədbir iştirakçılarına hədiyyə edib.

Tədbirdə Xocalı soyqırımını ilk olaraq lentə almış hərbi operator Seyidağa Mövsümülü də çıxış etmiş,xatirələrini danışmış və sonda onun çəkdiyi sənədli film nümayiş etdirilib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü