28 mart 2017, Çərşənbə
Ana Səhifə - QARABAĞ - İqtisadçılar Qarabağın azad olunması üçün hansı yolu məqbul sayırlar...
İqtisadçılar Qarabağın azad olunması üçün hansı yolu məqbul sayırlar...
23.02.2017, 15:41

Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. İşğal olunmuş ərazilərinin azad edilməsi isə Azərbaycan xalqının qarşısında duran əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi üçün, nəinki dövlət qurumları, eyni zamanda, bütövlükdə Azərbaycan xalqı birlikdə mübarizə aparmalıdır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları öz fəaliyyətlərində bunu prioritet məsələ kimi saxlamalı, hər bir addımlarında Dağlıq Qarabağın işğal faktlarının dünyaya çatdırılması ilə məşğul olmalıdırlar.

 

2017-ci ildə Dağlıq Qarabağ hansı yollarla düşməndən azad edilə bilər?

 

Modern.az saytı bir neçə iqtisadçının fikrini öyrənib.

 

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov işğal altında olan torpaqların yalnız müharibə yolu ilə geri qaytarılmasının mümkün olduğunu deyib.

 “ATƏT-in Minsk qrupu məsələni heç cür həll etmir. Müəyyən görüşlər olur, müəyyən vədlər verirlər. Amma heç bir sənəd imzalanmır. Ermənilər də torpaqları qaytarmaq istəmirlər. Əksinə orada tikinti işləri görürlər, yollar çəkirlər və s. Biz işğal altında olan torpaqlarımızda terrorizmlə, qaçaqmalçılıqla mübarizə əməliyyatları apara bilərik. Çünki oralar bizim ərazimizdir. Ona görə də mən hesab edirəm ki, çıxış yolu müharibədir. Başqa cür biz torpaqlarımızı geri qaytara bilmərik”.

 

 Müstəqil iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, işğal altında olan torpaqları azad etməyin ən uyğun yolu müharibə olmadan, hər hansı bir itki vermədən düşməndən azad etməkdir.

 “Düşünürəm ki, bu ən uyğun yol olardı. Amma son olaraq, xüsusən də atəşkəsdən keçən müddət ərzində aparılan danışıqlar onu göstərir ki, işğal altında olan torpaqları düşəndən azad etmək ya mümkün deyil, ya da olduqca çətindir. Xüsusən də Ermənistan tərəfi danışıqlarda kompramis  nümayiş etdirmir. Ortaq fikir alınmır. Amma müharibənin başlanması indiki halda alternativ yol kimi görünür. Ordunun gücləndirilməsinə və möhkəmləndirilməsinə çox böyük ehtiyac var. Çox sevindirici haldır ki, Müdafiə Nazirliyində aparılan islahatlar, xüsusən də kadr islahatları, ordunun güclənməsinə və insanlarda nikbinliyin, vətənpərvərliyin formalaşmasına gətirib çıxarıb. Hətta mənim bu yaxınlarda bakıda fəaliyyət göstərən səfirlərin birinin müşaviri ilə söhbətim oldu. O da bildirmişdi ki, insanlar arasında sorğu aparan zaman onların ən çox inandığı dövlət qurumu Müdafiə Nazirliyidir. Bu da müharibə şəraitində olan ölkə üçün kifayət qədər müsbət bir haldır”.

 
Vüqar Bayramov deyib ki,güclü iqtisadiyyatın olması məsələnin həllində üstünlüklər gətirir.


“Ona görə də Azərbaycan iqtisadiyyatında da islahatlar aparılmasına, inkişaf tempinin artırılmasına çox böyük ehtiyac var. Güclü iqtisadiyyat həm də regionda güclü mövqe deməkdir. Güclü mövqe də problemin həllində ölkənin imkanlarını xeyli artırır. Xüsusən də neftdən asılılığın aradan qaldırılması, dayanıqlı iqtisadiyyatın inkişaf etdirilməsində islahatların aparılmasına ehtiyac var. Güclü iqtisadiyyata malik olan ölkə güclü ordunun da olmasına malik ola bilir”.

 

 REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün təkcə bir yol yoxdur.

 “Torpaqların azad edilməsi kompleks şəkildə olmalıdır. Həm ordu, həm xarici siyasət, həm də güclü iqtisadiyyat olmalıdır. Həmçinin, dünya ölkələrinin bu məsələyə baxışı dəyişməlidir. Bunun üçün tədbirlər planı həyata keçirilməlidir. İqtisadi həll dedikdə, Azərbaycanı daha varlı, cəlbedici ölkəyə çevirməklə, dünyaya örnək göstərmək başa düşülür. Bunun üçün kifayət qədər böyük işlər görülməlidir. Həmçinin, ordumuz daha da güclənməlidir. Çox qısa zamanda əməliyyatlar keçirməyə ordumuz hazır olmalıdır. Yəni bunun üçün kompleks tədbirlər keçirilməlidir”.

 

 Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu indiki halda sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd edib.

 “Amma eyni zamanda uzun illər bu danışıqların aparılmasının səmərəsi bunu deməyə əsas yaradır ki, Azərbaycan xalqının iradəsi və gücü hesabına işğal altında olan torpaqlarımız düşməndən azad olunmalıdır”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.03.2017, 18:57

Yasamalda yaşayış binası yanır

28.03.2017, 18:51

Rusiya və İran arasında viza rejimi qismən ləğv olundu

28.03.2017, 18:44

Ruhani: "Rusiya-İran-Azərbaycan əməkdaşlığı xalqlarımızın rifahına xidmət edir"

28.03.2017, 18:38

Qarabağda erməni əsgəri öldü

28.03.2017, 18:19

Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib

28.03.2017, 18:10

Nəsimi rayonunda yeni yarmarka istifadəyə verildi

28.03.2017, 18:05

“İRƏLİ” Mart Soyqırımı aksiyasına start verir

28.03.2017, 17:53

Yumurta ucuzlaşırsa, toyuq ətinun qiyməti niyə düşmür?

28.03.2017, 17:18

Dolların sabahkı MƏZƏNNƏSİ

28.03.2017, 17:16

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib

28.03.2017, 17:10

Azərbaycanlı alimin  dünyanın qlobal problemi ilə bağlı Almaniyada kitabı çıxıb

28.03.2017, 17:04

Sahib Kərimli AXCP-dən çıxarıldı, Əli Kərimliyə savaş açdı

28.03.2017, 16:47

Azay Quliyev Sankt-Peterburqda BMT Təhlükəsizlik Şurasının qətnaməsini tənqid etdi

28.03.2017, 16:30

Formula 1 yarışını işıqlandıracaq jurnalistlərə XƏBƏRDARLIQ

28.03.2017, 16:10

Ali məktəblərə builki qəbulun keçid BALLARI açıqlandı

28.03.2017, 16:04

Rayonlarda eşşəklərin mühafizəsi gücləndirildi

28.03.2017, 16:00

MTN polkovniki İlqar Əliyevin cinayət işinə xitam verildi

28.03.2017, 15:49

Milli Məclis abort etmənin də cəzasını ağırlaşdırır

28.03.2017, 15:44

Rusiyada azərbaycanlı itkin düşüb - FOTO

28.03.2017, 15:21

Əməkdar artist Firuz Xudaverdiyev vəfat edib

28.03.2017, 14:57

İlham Əliyevin müşavirədəki NİTQİ: “Sahibkarlar özləri də fəal olmalıdırlar”

28.03.2017, 14:48

Aşıqlar Birliyi ölüm ayağındakı gənc aşıqla necə maraqlanır?

28.03.2017, 14:46

Azərbaycandakı Türkiyə vətəndaşları aprelin 9-da səs verəcəklər

28.03.2017, 14:45

Bakı Dövlət Universitetində yeni mərkəz istifadəyə verildi

28.03.2017, 14:44

Azərbaycanda rüşvətə görə cəza sərtləşdirilir

28.03.2017, 14:37

“Nə Ermənistanla, nə də Azərbaycanla dalaşmaq istəyirik”

28.03.2017, 14:30

Saakaşvili teleaparıcı olacaq

28.03.2017, 14:05

Erməni bicliyi…

28.03.2017, 14:03

Bir qrup yüksək rütbəli hərbçi istefaya buraxıldı

28.03.2017, 13:49

Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi - FOTOLAR

28.03.2017, 13:45

Gürcüstandan Avropaya 800 nəfər uçub – Vizasız ilk gün

28.03.2017, 13:41

Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə məktub ÜNVANLADI

28.03.2017, 13:37

Rusiyada Daxili İşlər Nazirliyini şöbə rəisi öldürüldü

28.03.2017, 13:35

Prezident: “Bizim işlərimiz yarımçıq qala bilərdi”

28.03.2017, 13:07

Mərkəzi Bankda növbəti hərrac - dollar 1,7220 manata satıldı

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.91%)
Azərbaycan Dövlət İqtisad Universiteti(7.10%)
Bakı Dövlət Universiteti(21.8%)
Bakı Ali Neft Məktəbi(1.63%)
Azərbaycan Dillər Universiteti(41.5%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(3.27%)
Azərbaycan Texniki Universiteti(2.18%)
Azərbaycan Tibb Universiteti(3.82%)
Bakı Slavyan Universiteti(2.73%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(10.9%)