Modern.az

Fuad Muradov ukraynalı komitə sədri ilə müzakirə apardı

Fuad Muradov ukraynalı komitə sədri ilə müzakirə apardı

Aktual

24 Fevral 2017, 11:22

Milli Məclisin Gənclər və İdman Komitəsi ilə Ukrayna Parlamentinin Gənclər, İdman,Turizm və ailə Komitəsi arasında görüş keçirilib.

 

Ukrayna Parlanemtində baş tutan görüşdə Azərbaycan və Ukrayna arasında əmədaşlığın bütün istiqamətlə uğurla inkişafı vurğulanıb. Eyni zamanda iki Komitə arasında təcrübə mübadiləsi, perspektivlər və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi müzakirə edilib. Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan və Ukraynalı gənclərin müxtəlif beynəlxalq platformalarda, idmanyarışlarında birgə fəaliyyətini diqqətə çatdırıb və bunun davamlı olmasının vacidliyini qeyd edib.

 

Ukrayna Parlamentinin Gənclər, İdman,Turizm və ailə Komitəsinin sədri Artur Palatnıy isə iki Komitə arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin 25 ili tamam olur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü