Modern.az

Türkiyə XİN ermənilərin cəbhədəki təxribatını qınadı

Türkiyə XİN ermənilərin cəbhədəki təxribatını qınadı

Aktual

26 Fevral 2017, 23:51

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bu il fevralın 24-dən 25-ə keçən gecə təmas xəttində Ermənistanın Azərbaycana qarşı ağır silahlarla olan hücumunu qınayıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, məlumatda şəhidlərə Allahdan rəhmət dilənib, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verilib, yaralılara şəfa istənilib.

“Ermənistan yarım əsrdir ki, Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlayır. 2016-cı ilin aprel ayında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan şiddətli qarşıdurmaların təkrar yaşanmaması üçün Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət edirik”  deyə, bəyanatda bildirilir.

Məlumatda o da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək. Türkiyə, həmçinin, Minsk qrupunun münaqişənin həlli yönündəki cəhdlərinin sürətləndirlməsinin vacibliyini də qeyd edib.

Xəbərə görə, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu cəbhədə baş vermiş son insidentlə bağlı azərbaycanlı həmkarlı Elmar Məmmədyarovla telefonla danışaraq ətraflı məlumat alıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü