Modern.az

Türkiyədə növbəti TERROR - qatar relsdən çıxdı

Türkiyədə növbəti TERROR - qatar relsdən çıxdı

27 Fevral 2017, 14:49

Türkiyənin Diyarbakır əyalətinin Sur rayonunun Çarıklı bələdiyyəsinin Karpuzlu kəndində partlayış olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə kənddən keçən dəmiryol xəttində baş verib.

Partlayışa səbəb  kimi terrorçular tərəfindən relslərə yerləşdirilmiş əl istehsalı olan bombanın yerləşdirilməsi göstərilir. Hadisə nəticəsində təxminən 10 vaqon relsdən çıxıb.

Dərhal hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə barədə əlavə məlumat hələ ki, verilməyib.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü