Modern.az

Şəhriyar Məmmədyarov üçüncü oldu

Şəhriyar Məmmədyarov üçüncü oldu

27 Fevral 2017, 22:40

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov BƏƏ-nin Şarca şəhərində keçirilən ilk FİDE Qran-Prisində 3-cü yeri tutub. Modern.az "Report"a istinadən xəbər verir ki, 32 yaşlı zəka sahibi sonuncu turda çinli Hou Yifana qalib gələrək, xallarını 5,5-ə çatdırıb.

Nəticədə o, rusiyalı Aleksandr Qrişuk və fransalı Maksim Vaşye-Laqravla birgə ilk 3-lükdə qərarlaşıb. Lakin Məmmədyarov əlavə göstəricilərdə Qrişukla Vaşye-Laqravdan geri qalıb.

İlk FİDE Qran-Prisində 18 şahmatçı iştirak edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü