Modern.az

"Ombudsmanın illik məruzəsi hərtərəfli hazırlanıb"

"Ombudsmanın illik məruzəsi hərtərəfli hazırlanıb"

Aktual

1 Mart 2017, 12:19

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsi müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, illik məruzə hərtərəfli hazırlanıb.

Bahar Muradova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində xeyli işlərin görüldüyünü, bu sahənin dövlət üçün prioritet olduğunu bildirib.

“Milli Məclisin Ombudsman Aparatı ilə əməkdaşlığı yüksək səviyyədə qurulub. Ombudsman Aparatının komitə ilə əməkdaşlığı da getdikcə genişlənir”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib ki, qurumun 15 illik fəaliyyəti dövründə onun ünvanına 148750 müraciət daxil olub.

“Yalnız 2016-cı ildə 18 740 müraciət daxil olub. Həmin müraciətlərin 70,1 faizi şikayətlərdən, 29,9 faizi ərziələrdən ibarət olub. Ümumilikdə 2016-cı ildə müvəkkil tərəfindən 3636 şəxs qəbul edilib. Daxil olan ərizələrin 57 faizi icraata götürülməyib.

 Müzakirələrdən sonra məruzə plenar iclasa tövsiyə olunub.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü