Modern.az

Nalbandyan təcili Qarabağa gəldi

Nalbandyan təcili Qarabağa gəldi

Dünya

1 Mart 2017, 20:13

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Modern.az azvision.az-a istinadən xəbər verir ki, erməni nazir səfər zamanı fevralın son günlərdinə baş verən ağır döyüşlərdən sonra cəbhədəki vəziyyətlə maraqlanıb.

Erməni KİV-i xəbər verir ki, Nalbandyan separatçı “DQR” in “prezidenti” Bako Saakyanla Xankəndi şəhərində görüşüb.

Məlumata əsasən, Nalbandyan və Bako Saakyan regional məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son durumu müzakirə ediblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü