Ermənistan ordusu bu gün 2 hərbçisini itirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbçi Never Babacanyan (1980-ci il) cəbhənin Xocavənd istiqamətində artilleriya zərbəsi zamanı ölüb.
Təmas xəttinin digər istiqamətlərində də intensiv atışmanın olduğu xəbər verilir.
Digər ölüm hadisəsi isə Yerevandan klinikalarından birində qeydə alınıb. Yanvarın 16-da başından güllə yarası alan hərbçi Qurgen Sarkisyan bu gün müalicə aldığı klinikada ölüb. Onun əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir.
Vüqar İSMAYILOV