Modern.az

Rusiyalı Türkiyə təyyarəsinə partlayıcı qurğu ilə minmək istədi

Rusiyalı Türkiyə təyyarəsinə partlayıcı qurğu ilə minmək istədi

Dünya

2 Mart 2017, 20:55

Misirin İsgəndəriyyə şəhərinin hava limanından İstanbula uçan “Turkish Airlines” şirkətinə məxsus təyyarəsinə partlayıcı qurğu keçirilməsinin qarşısı alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna cəhd edən Rusiya vətəndaşı saxlanılıb. Partlayıcı qurğu rusiyalının çamadanında rentgen qurğusu vasitəsi ilə aşkarlanıb. 

Amma Rusiyanın  İsgəndəriyyədəki baş konsulu Rəşid Sadiqov saxlanılan sərnişinin üzərində heç bir təhlükəli əşyanın tapılmadığını bildirib. Onun sözlərinə görə, Misir tərəfi saxlanılan şəxsə qarşı hələlik heç bir ittiham irəli sürməyib, insidentin təfərrüatları dəqiqləşdirilir. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü