Modern.az

Ukraynada şaxtaçılara görə matəm elan olundu

Ukraynada şaxtaçılara görə matəm elan olundu

Dünya

2 Mart 2017, 21:06

Ukraynada matəm elan olunub. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, Prezident Pyotr Poroşenko Lvov vilayətində baş verən mədən qəzası ilə əlaqədar ölkədə matəm elan edib.

 

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, mədəndə metan qazının partlaması və uçqun nəticəsində 8 şaxtaçı həlak olub, 6 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 172 nəfər olub.

Partlayışın nəticələrinin aradan qaldırılması üzrə Operativ qərargah yaradılıb. Son məlumata görə, dağıntılar altında qalan şaxtaçıların hamısı tapılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü