Modern.az

Yaşamaq üçün ən ideal ölkələrin adı AÇIQLANDI – Azərbaycan neçəncidir?

Yaşamaq üçün ən ideal ölkələrin adı AÇIQLANDI – Azərbaycan neçəncidir?

Dünya

7 Mart 2017, 11:39

"US News & World Report" agentlikləri dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqini tərtib edib.

 

Modern.az agentliklərə istinadən xəbər verir ki, reytinq turizm, innovasiya, mədəniyyət, sosial sfera, iqtisadi artım tempi və biznesə açıqlıq baxımından tərtib edilib.

Azərbaycan reytinqdə ən yaşamalı 69-cu ölkə hesab olunub.

 

Dünyanın yaşamaq üçün ən əlverişli ölkələri isə İsveçrə (1), Kanada (2), Böyük Britaniya (3), Almaniya (4), Yaponiya (5), İsveç (6), ABŞ (7), Avstraliya (8), Fransa (9), və Norveç (10) yer alıb. Rusiya 27-ci, Türkiyə 36-cı, Belarus 70-ci, Qazaxıstan 71-ci və Ukrayna 73-cü pillədə qərarlaşıb.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü