Modern.az

Azərbaycan-Türkiyə-Rusiya İttifaqı yaradıla bilər

Azərbaycan-Türkiyə-Rusiya İttifaqı yaradıla bilər

Dünya

10 Mart 2017, 20:27

"Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağliq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdik. Türkiyə-Rusiya-Azərbaycan arasında üçlük ittifaqının yardılması da müzakirə mövzusu olub". Modern.az xəbər verir  ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə prezidenti qeyd edib ki, Rusiya prezidenti ilə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı dəyərləndirmələri də bölüşüb: "Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür. Terrorla mübarizədə birgə hərəkət etmək böyük əhəmiyyət daşıyır. Müvafiq qurumlarımız bu barədə təkliflərini verəcəklər. Suriyada İŞİD-ə qarşı nümayiş etdirdiyimiz mövqeyi digər terror təşkilatlarına qarşı da nümayiş etdirməliyik. Bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin Moskvadakı  fəaliyyətlərinə son verilməsini xüsusi qeyd edirik”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü