Modern.az

London və Brüsselin qalmaqallı "BOŞANMASI": “Milyardlarımızı geri qaytarın”

London və Brüsselin qalmaqallı "BOŞANMASI": “Milyardlarımızı geri qaytarın”

Dünya

12 Mart 2017, 22:44

Böyük Britaniya Avropa Birliyindən çıxmazdan öncə Avropa Birliyindən 11 milyard dollar vəsaitinin geri qaytarılmasını tələb edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait Avropa İnvestisiya Bankında saxlanılır.

 

Baş nazir Tereza Mey bankın səhmlərinin 16%-nin Britaniyanın payına düşyünü nəzərə alaraq vəsaitin dərhal qaytarılmasını istəyib.

 

Maraqlıdır ki, Avropa Birliyi Brexit prosedurunun başlayacağı təqdirdə Londonun Brüsselə 60 milyard avro kompensasiya ödəməli olduğunu deyib. Lakin britaniyalı hüquqşünaslar Londonun bu məbləği ödəməyə məcbur olmadığını qeyd ediblər.

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü