Modern.az

Azərbaycanlıların Rusiya vətəndaşlığı alması sadələşdirilə bilər - TƏKLİF

Azərbaycanlıların Rusiya vətəndaşlığı alması sadələşdirilə bilər - TƏKLİF

Hadisə

12 Mart 2017, 23:29

Rusiyada “torpaq hüquq”na əsaslanaraq vətəndaşlığın verilməsi proseduru sadələşdirilə bilər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının milli məsələlər üzrə komitəsinin sədri Rüstəm Balbek deyib. Onun sözlərinə görə, deputatlar Konstantin Zatulin və Nataliya Poklonskayanın hazırladıqları qanun lahiyəsinə komitə tərəfinədn razılıqla qarşılanıb.

 

“Bu qanunun qəbul olunacağı təqdirdə Rusiya vətəndaşlığını almaq təkcə, qan və etnik mənşə prinsipi ilə deyil, həm də torpaq hüququ prinsipi ilə gerçəkləşəcək. Əsas kriteriya rus dilini bilmək və Sovet İttifaqı yaxud Rusiya imperiyasının ərazisi ilə bağlılıq əsas götürüləcək”.

 

 

Qanun qəbul olunarsa, Azərbaycan da daxil olmaqla bütün postsovet respublikalarının rus dilində səlist danışan vətəndaşları Rusiya vətəndaşlığını sadələşdirilmiş şəkildə ala biləcək.

 

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü