Modern.az

Baş katib işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb

Baş katib işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb

Dünya

13 Mart 2017, 23:26

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə çağırıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş katib İƏT-in Ciddədəki baş qərargahında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbirdəkı çıxışında beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırıb.

Əl-Useymin eyni zamanda, Ermənistanı dərhal işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyə çağırıb: "Xocalı soyqırımı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticəsidir. İƏT ölkələri Ermənistanın Azərbaycan torpaqlarınının işğalına son qoyması üçün Ermənistana təzyiq göstərməlidir".

İƏT-in Azərbaycandakı daimi nümayəndəsi Rasim Rzayev isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi tək Azərbaycanın problemi deyil, bu, bütün İslam dünyasının problemidi: "Bu, insanlığa qarşı cinayəti planlaşdıranlar və törədənlər hələ də qanun qarşısında cavab verməyib".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü