20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - Doğmaları qətlə yetirilən TANINMIŞLAR...  
Doğmaları qətlə yetirilən TANINMIŞLAR...  
15.03.2017, 22:23

Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın oğlu Yalçın Qocayevin martın 11-də qeyri-sağlam həyat tərzi keçirən yoldaşları tərəfindən qətlə yetirilməsi media və sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub. Fikrət Qoca kimi ziyalının oğlunun əvvəllər məhkum olunmuş şəxslərin içki məclisinə qoşulması, onlarla qumar oynaması, birgə yeyib-içməsi, ardından da elə həmin tanışları tərəfindən döyülərək, qətlə yetirilməsi çoxlarının təəccübünə səbəb olub.

Yalçın Qocayevin qətli ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynov tutulub.


Fikrət Qoca Azərbaycanda doğması qətlə yetirilmiş ilk tanınmış sima deyil. Və yəqin ki, sonuncu da olmayacaq...

Modern.az saytı doğmaları qətlə yetirlmiş tanınmış simalarla bağlı kiçik bir araşdırma aparıb. Onlar müxtəlif sahələrin adamlarıdırlar – aralarında siyasətçi də var, aktyor da, yazıçı da var, şair də...

Həmin qətllər müxtəlif şəraitlərdə törədilib. Onların bəziləri mənfur ermənilər tərəfindən, bəziləri isə yerli cinayətkarlar tərəfindən öldürülüblər.

Beləliklə...

Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürk Fikrət Qoca kimi övlad itkisi ilə üzləşmiş tanınmışlardandır. Amma Xəlil Rzanın oğlu Təbriz Bakıdan uzaqda Qarabağ savaşında erməni silahlı quldurları tərəfindən qətlə yetirilib – şəhid olub. 27 yaşında şəhidliyə ucalan Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-də həlak olub. Övlad itkisi Xəlil Rzanın qəddini əydi və cəmi iki il sonra o da bu dünyadan köçdü.

Azərbaycan kinosu və teatrında yaratdığı yüzlərlə obrazla tamaşaçıların yaddaşında silinməz izlər qoymuş xalq artisti, görkəmli aktyor Həsənağa Turabov da övladını vaxtsız itirən məşhurlardandır. Aktyorun oğlu Daşqın Turabov 1997-ci ilin martında 34 yaşında bir cinayətkarın qəfil gülləsinə tuş gəlməklə həyatla vidalaşdı.
Daşqın sənətkarın böyük oğlu idi, polisdə işləyirdi. Təyinatla Siyəzənə göndərilmişdi. Orada balıq mafiyasını zərərsizləşdirəndə cinayətkarlardan birinin atdığı qəfil güllə Daşqın Turabova dəymiş və onu öldürmüşdü. Həmin hadisəyədək sağlamlığından heç vaxt şikayət etməyən Həsənağa Turabovu oğlunun vaxtsız itkisi yıxdı. Olaydan sonra səhhəti kəskin surətdə pisləşən xalq artisti tezliklə ürəyindən əməliyyat olundu, amma uzun müddət yaşaya bilmədi.


Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi mərhum Sabir Əhmədli də oğlunu özündən öncə, vaxtsız itirmişdi. Yazıçının oğlu Məhəmməd Əhmədli Qarabağ döyüşlərinə könüllü getmişdi. O, 1994-cü ilin əvvəllərində cəbhə bölgəsindən zəng edib atasına demişdi: "Mən Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə..".
Oğlunun ad günü ərəfəsində Sabir Əhmədli Murovdağda səngərdə olan əhəmmədə baş  çəkmək üçün yola düşür. Məqsədi bir-iki günlüyə icazə alıb Məhəmmədi evə gətirmək idi ki, oğlunun doğum gününü onun iştirakı ilə birgə qeyd etsinlər. 
Oğlunu döyüş bölgəsində xeyli axtarmalı olan Sabir Əhmədli hətta düşmən mövqeyinə yaxın səngərlərə belə, gedib çıxır. “N” saylı hərbi hissədə Sabir Əhmədliyə deyirlər ki, oğlu Məhəmməd yaralanıb, arxaya hospitala göndərilib. Yazıçı dərhal Bakıya geri qayıdır ki, oğlunu hospitalda axtarsın. Amma yaşadıqları evin həyətinə daxil olarkən yas çadırının qurulmağını görən Sabir müəllimə hər şey əyan olur. Məhəmməd Əhmədli öz ad günündə - 1994-cü il fevral ayının 12-də 24 yaşının tamamında düşmən gülləsindən həlak olmuşdu.
Oğlunun həyatdan vaxtsız köçməsi Sabir Əhmədliyə rahatlıq vermədi və bir neçə il sonra xəstəlik yazıçını da yıxdı....


Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də ən yaxın adamını vaxtsız itirmiş tanınmış simalardandır. Onun qardaşı Nadir Həsənquliyev cinayətkar dəstənin üzvləri tərəfindən güllələnib. Üç azyaşlı uşaq atası olan Nadir Həsənquliyev 2001-ci ildə 33 yaşında əvvəlcədən planlaşdırılmış qətlin qurbanı olub. Qətldə təqsirləndirilən Anar İsmayılov hadisəni münaqişə zəminində törətdiyini iddia etsə də, zərərçəkmiş tərəf cinayətin “Azərenerji”nin keçmiş prezidenti Müslüm İmanovun oğlu Kamal İmanovun sifarişi ilə həyata keçirildiyini bildirib.

Bu dəhşətli hadisədə isə iki tanınmış sima zərər çəkib - Azərbaycanın iki xalq artisti, AzTV-nin iki məşhur diktoru Roza Tağıyeva və Rafiq Hüseynov.
1984-cü ildə Roza Tağıyeva ilə Rafiq Hüseynovun başına gələn fəlakət onları tanıyanların hamısını bərk sarsıtdı. Onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını da çemodana yığmışdılar. 
O zaman bu hadisə ilə bağlı müxtəlif şayiələr, söz-söhbətlər yayılmışdı. Onda çətinliklə də olsa, bu cinayətin üstü açıldı, qatil yaxalandı və ona güllələnmə hökmü kəsildi. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb, ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir. 
Rafiq Hüseynovla Roza Tağıyevanın oğlunu qətlə yetirən, həbsxanada ağır xəstəliyə tutulan o şəxs 19 il cəzaçəkmə müsəssisəsində yatandan sonra, 2003-də azadlığa çıxıb.
O hadisə Rafiq Hüseynov və Roza Tağıyevanın ailə həyatını da alt-üst etdi... Onlar bir yerdə yaşaya bilmədilər, ayrıldılar...
 
Bu iki hadisəni də qətl adlandırmaq olar. Erməni cəlladlarının törətdiyi qətl...

Əməkdar artist, xanəndə-müğənni Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov gənc yaşında, 1991-ci ildə Qarabağ müharibəsində minaya düşərək şəhid olub. 

Digər müğənni, əməkdar artist Aybəniz Haşımova da həyat yoldaşı Xalid Quliyevi erkən itirib. Xalid Quliyev 1992-ci ildə Qarabağ savaşında həlak olub.

Hər iki sənətkar həyat yoldaşlarını itirəndən sonra ikinci dəfə ailə həyatı qurmayaraq, yeganə övladlarını (Gülüstan Əliyeva oğlunu. Aybəniz Haşımova qızını) böyüdüb...

Məşhur kinoaktrisa, Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova övlad itkisi yaşamış sənətkardır.
Tamaşaçıların “Həm ziyarət, həm ticarət” filmindən yaxşı tanıdığı aktrisanın ilk övladı olan qızı İlahə 21 yaşındaykən (1996-cı ildə) qətlə yetirilib. Deyilənə görə, Nuriyyə Əhmədovanın qızını elə öz kürəkəni öldürüb. Bu haqda aktrisa heç vaxt ətraflı danışmayıb. O hadisədən sonra aktrisa qızının övladı Faiqi həm nənə, həm də ana kimi saxlayaraq, böyüdüb. Aktrisanın həyat yoldaşı isə qızının qətlinə dözməyərək, havalanıb. Və Nuriyyə Əhmədova ərindənn ayrılmağa məcbur olub. 

1997-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş, eyni zamanda 1995-2000-ci illərdə Milli Məclisin deputat mandatını gəzdirmiş mərhum akademik Fərəməz Maqsudovun da ailəsində qətl hadisəsi törədilib. Amma yuxarıda adları sadalanan tanınmışlardan fərqli olaraq, dəhşətli olay F.Maqsudov dünyasını dəyişəndən sonra baş vermişdi. Belə ki, 2001-ci ildə Fərəməz Maqsudovun evinə silahlı basqın olmuşdu. Həmin basqın zamanı mərhum akademikin həyat yoldaşı Yevgeniya və qızı Elmira öldürülmüş, böyük qızı Tamilla isə yaralanmışdı.
Bəzi məlumatlara görə, hücum edənlərin məqsədi əslində akademikin oğlu Zaurxan Maqsudovu öldürmək imiş, amma onlar bu qətli gerçəkləşdirə bilməyiblər.

Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru Etibar Elkini də doğmaları qətlə yetirilən məşhurlar sırasına daxil etmək olar. Uzun illər Azərbaycan televiziyasında çalışmış, SSRİ Jurnalistlər Birliyinin üzvü olmuş və jurnalistdən də daha çox ekstrasens kimi tanınmış Etibar Elkinin iki oğlu eyni vaxtda öldürülmüşdü. Və qatillər elə onunun özünü də oğlanları ilə birlikdə qətlə yetirmişdilır. Etibar Elkin 1999-cu ilin yanvarında gecəyarısı Bayıldakı evində iki oğlu - Əfrasiyab və Elşadla birgə qətlə yetirilmişdi.
O zaman Elkinlərin qətlini «Ceyşullah» adlı təşkilatın üzvlərinin törətdiyi bəyan edilsə də, çoxları hələ də buna inanmır.



A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
FİFA prezidenti Bakıya gəlir
20.11.2017, 11:54

FİFA prezidenti Bakıya gəlir

Lavrov: “Azərbaycanı Avrasiya İttifaqında görməkdən çox məmnun olarıq”
20.11.2017, 11:52

Lavrov: “Azərbaycanı Avrasiya İttifaqında görməkdən çox məmnun olarıq”

Prezident: “Günahsız övladlarımızın qanı yerdə qalmayacaq”
20.11.2017, 11:46

Prezident: “Günahsız övladlarımızın qanı yerdə qalmayacaq”

Səttar Bəhlulzadənin çəkdiyi nadir şəkillər tapıldı   
20.11.2017, 11:40

Səttar Bəhlulzadənin çəkdiyi nadir şəkillər tapıldı  

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat istəyir
20.11.2017, 11:30

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat istəyir

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib
20.11.2017, 11:28

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

İnzibati rəhbər vəzifələr üzrə imtahanın nəticələri açıqlandı
20.11.2017, 11:24

İnzibati rəhbər vəzifələr üzrə imtahanın nəticələri açıqlandı

Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz tutuldu
20.11.2017, 11:22

Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz tutuldu

Eyni mənzil bir neçə şəxsə satılır - Problemdən ÇIXIŞ YOLU
20.11.2017, 11:05

Eyni mənzil bir neçə şəxsə satılır - Problemdən ÇIXIŞ YOLU

Azərbaycanın qeyri-neft ixracı 1,219 milyard dollara çatıb
20.11.2017, 10:55

Azərbaycanın qeyri-neft ixracı 1,219 milyard dollara çatıb

20.11.2017, 10:45

"Kapital Bank" konvertasiya komissiyasını ləğv etdi

Qəlbən, ruhən bağlı olduğumuz partiya
20.11.2017, 10:43

Qəlbən, ruhən bağlı olduğumuz partiya

Bakı-Quba yolunda ağır QƏZA: ər-arvad ölüb
20.11.2017, 10:38

Bakı-Quba yolunda ağır QƏZA: ər-arvad ölüb

Mir Cəlalın yaradıcılığı Los Ancelesdə təqdim olunub
20.11.2017, 10:37

Mir Cəlalın yaradıcılığı Los Ancelesdə təqdim olunub

Əflatun Amaşov Dünya Mətbuat Şuraları sədrlərinin toplantısında - FOTOLAR  
20.11.2017, 10:33

Əflatun Amaşov Dünya Mətbuat Şuraları sədrlərinin toplantısında - FOTOLAR  

Eldar Quliyev: “Yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər” - MÜSAHİBƏ   
20.11.2017, 10:13

Eldar Quliyev: “Yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər” - MÜSAHİBƏ  

Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutdu
20.11.2017, 09:56

Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutdu

Məhərəmlik çıxdı   
20.11.2017, 09:56

Məhərəmlik çıxdı  

Yunanıstanın səfiri Bakı Ali Neft Məktəbində
20.11.2017, 09:51

Yunanıstanın səfiri Bakı Ali Neft Məktəbində

Bakıda bir gündə 15 uşaq əməliyyat edildi
20.11.2017, 09:31

Bakıda bir gündə 15 uşaq əməliyyat edildi

Artur Rasizadə Milli Məclisə dəvət olundu   
20.11.2017, 09:27

Artur Rasizadə Milli Məclisə dəvət olundu  

Doğuşda əkizlər öldü, ana komaya düşdü
20.11.2017, 09:01

Doğuşda əkizlər öldü, ana komaya düşdü

Meksika ilə sərhəddə ABŞ hərbçisi öldü
20.11.2017, 08:54

Meksika ilə sərhəddə ABŞ hərbçisi öldü

Tələbə qız özünü binadan atdı
20.11.2017, 08:01

Tələbə qız özünü binadan atdı

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.11.2017, 07:47

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

20.11.2017, 00:57

"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib
20.11.2017, 00:34

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
20.11.2017, 00:17

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”

26 ildir çözülməyən Qarakənd faciəsi...
20.11.2017, 00:01

26 ildir çözülməyən Qarakənd faciəsi...

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir
19.11.2017, 23:31

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı
19.11.2017, 23:12

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi
19.11.2017, 22:56

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov
19.11.2017, 22:42

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov

Yol qəzasında sürücü gözlərini itirdi
19.11.2017, 22:22

Yol qəzasında sürücü gözlərini itirdi

İlham Əliyev: “Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”
19.11.2017, 22:06

İlham Əliyev: “Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”

ARXİV