21 avqust 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Onun adı artıq MÖVLUD deyil, İNTİHARdır!
Onun adı artıq MÖVLUD deyil, İNTİHARdır! +
16.03.2017, 14:45

Taleh Şahsuvarlı

Lap qabaqlar, hələ "Gündəlik Teleqraf" açılmazdan öncə onunla tez-tez görüşərdim. Qəzənfər Əhmədli, Valeh Mirzəyev, bəzən Şərif Ağayar, Paşa Yaqub və digər dostlarla birgə süfrə arxasında oturar, saatlarla maraqlı söhbətlər edərdik. Elə bir işi-gücü olmazdı, ara-sıra müxtəlif qəzetlərə, saytlara yazılar yazar, qonorarla keçinərdi. Hamı onun "istedadlı" olmasından danışar, amma heç kim yaxasına çəkməzdi...

"Gündəlik Teleqraf" açılan gün ümumi dəvətimizlə "Təbriz" küçəsində yerləşən redakisiyaya gəlmişdi. Aynur Camal, Aynur xanımın yoldaşı İlqar gəlişindən məlumatlı idi. Həmin redaksiyanın fəaliyyətinin ilk günü idi, hərə özünə yer tapmaqla məşğul idi. Hər kəs özünə bir masa tapıb arxasında əyləşirdi. Birdən yanıma gəldi: "mən özümə yer tapmadım" dedi. Arxasınca istehza ilə əlavə etdi: "Guya həmişə yerim olub, indi tapammıram"...

Tərəddüd eləmədən, "gəl otur" dedim, yerimi ona vermək istədim. Çünki mən redaksiyada rəhbər şəxs qismində çalışacaqdım. Yəni, necə olsa, oturmağa bir masa, bir stulum olacaqdı. Amma onun yersiz-yurdsuz qalmasını istəmirdim. İşləməsini, həm də yanımda işləməsini istəyirdim. Elə bir istedadlı adama sadəcə sahib çıxmaq və relsə salmaq lazım idi, qalanını özü bacaracaqdı. Amma heç cür oturmaq istəmədi, "yaxşı, get mətbəxdən-filandan bir stul tap, otur, heç hara tərpənmə, qoy ara sakitləşsin, bir yer tapacağıq" deyərək bərk-bərk tapşırdım. Amma aradan çıxdı və elə o gedən getdi, uzun müddət yenə işsiz-gücsüz ortalıqda dolaşdı. Əvvəlki kimi sıx görüşə bilmirdik, amma hər dəfə bir araya gələndə bu əhvalatı xatırlayır, gülürdük. Hər dəfə onun özünəməxsus gülüşü "Guya həmişə yerim olub, indi tapammıram" sözünü də qulaqlarımda cingildədirdi...


İş elə gətirdi ki, "Gündəlik Teleqraf" qəzetinin rəhbərliyi tamamilə mənə həvalə olundu. Kollektiv yenidən formalaşanda ilk işim onu aramaq oldu. "Bizim mədəniyyət bölməmizə rəhbərlik edəcəksən" dedim. Başqalarının müxbir götürmək istəmədiyi adama birbaşa redaktorluq təklif edirdim. Aynur Camalı bu təyinatın uğurlu olacağına inandırmışdım. Eləcə də oldu. Özü də təyinata xeyli təəccüblənmişdi. Bir az da etimadı doğrultmaq, reputasiyasını dəyişmək, uzun illərin ağır havasından çıxıb işgüzar mühitə girməkdən ötrü əlindən gələni əsirgəmirdi. Yəqin o illərdə yazdığım statusları izləyənlər onu nə qədər diqqətdə saxladığımı, motivasiya etdiyimi özləri də görə bilər. Onu nə qədər himayə etdiyimi, hər fürsətdə uğurlarına təkan verdiyimi hamıdan çox və yaxşı bilən adamlardan biri Aynur Camaldır. İnsafən, Aynur Camal da ona sadəcə müdir, patron olmadı, dost, ana, bacı oldu. Həm maddi, həm də mənəvi cəhətdən kimsənin etməyəcəyi qədər dəstək oldu ona... Özünü xeyli dərəcədə "Gündəlik Teleqraf"da tapdı, sevdi, ailə qurdu, ağırbaşlı bir adam oldu.

Hər zaman deyirdim ki, sən Azərbaycanın Doğan Hızlanı olmalısan. Əslində, tam səmimi deyirəm, Doğan Hızlandan qat-qat istedadlı, fəhmi, erudisiyası daha yüksək adamdı. Azərbaycan dilini, dünya ədəbiyyatını çox mükəmməl bilirdi. Ölkə daxilində və xaricində gedən prosesləri yaxından izləyir, təhlil edirdi. Bir neçə ideya vermişdim, ağlına batmışdı. Özünün də bəzi planları vardı, əminəm ki, arxasına düşsəydi, başa çatdırsaydı, çox fərqli əsərlər ortaya qoya bilərdi. Amma Doğan Hızlan olmaq istəmədi, zarafatla deyirdim ki, o kəpənəyi taxmayanca səndən əl çəkən deyiləm.

Bir gün yanımdan getmək istədi. Mən onu başa düşür, haqq verirdim. Cavan oğlan idi, sevməli, görüşməli, özəl həyatına vaxt ayırmalı idi. Mən isə onu nəzarətdə saxlayır, aradan çıxmağa macal vermirdim. Bir neçə dəfə işə "paxmel" gəlmişdi, ərkyana möhkəm danlamışdım. Amma son nəticədə "mənim kurasiyamdan" çıxdı, holdinqdəki digər sayta keçdi. Doğrusu, ona orada ehtiyac da vardı. Amma bu məsələyə görə aramız sərinlədi. Özünə də dedim, Aynur Camala da, bizim digər uşaqlara da: "Daş düşdüyü yerdə möhkəm olur. Mən onun düşdüyü yerdə bərkiməsini, möhkəmlənməsini istəyirəm". Bu sözümü çox bəyənmişdi, hər dəfə kollektiv dəyişdikcə, qeyri-sabit çevrələrin birindən-digərinə keçdikcə zəng edir, yaxud rastlaşanda "abi sən düz deyirmişsən, daş düşdüyü yerdə möhkəm olur" deyərək bir növ üzrxahlıq edirdi. Son dəfə çalışdığı "Aydın yol" qəzetində də işləri düz getməyəndə də onun yenidən "Gündəlik Teleqraf"a qayıtmasına dəstək verdim. Özü bilirdi, bilmirdi, heç maraqlanmadım. Amma yadımdadır, mən həmin redaksiyadan ayrıldığım, işdən çıxdığım gün kövrəldi, ağlamsındı, "haqqını halal et" deyib məni yola saldı... Ondan sonra demək olar ki, görmədim, arada Facebookda yazar, qısaca hal-əhval tutardıq. Bəzən dözməyib sitəm edərdim, "Doğan Hızlan olmadın, ay əclaf..." deyərdim...

Və o intihar etdi. Özünü yüksək mərtəbəli yeni tikilinin başından atdı. Hər kəs kimi mən də şok keçirərək qarşıladım bu xəbəri, amma o qədər də təəccüblənmədim. Çünki o, əslində iradəli adamdı və onun özünü atmağa cəsarəti çatardı... Heyf, min təəssüf ki, o cəsarətini və iradəsini heç kimin dəstəkləməyəcəyi bir addım üçün sərf etdi...

O can atan adamdı...

Dostluğa, sevgiyə, yaxşılığa, xeyirxahlığa, işıqlı gələcəyə və nəhayət əbədiyyətə can atan adam...

Axırda canını atdı...

Azərbaycanda ədəbiyyat anlayışını kökündən dəyişdirə biləcək bir gənc özünü göylərdən yerə atdı.

Heç vaxt tapmadığı yerə...

Və onun adı artıq MÖVLUD deyil, İNTİHARdır!


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi
21.08.2017, 15:59

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi
21.08.2017, 15:49

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi

Barselona terrorunun 15-ci qurbanı
21.08.2017, 15:45

Barselona terrorunun 15-ci qurbanı

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM
21.08.2017, 15:39

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib
21.08.2017, 15:34

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ
21.08.2017, 15:28

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi
21.08.2017, 15:17

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI
21.08.2017, 15:02

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI

İsmayıllıda sürücü piyadanı vurub öldürdü
21.08.2017, 14:58

İsmayıllıda sürücü piyadanı vurub öldürdü

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək
21.08.2017, 14:37

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 
21.08.2017, 14:20

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu
21.08.2017, 13:49

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB
21.08.2017, 13:49

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı
21.08.2017, 13:45

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb
21.08.2017, 13:42

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var
21.08.2017, 13:32

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var

Qədim dost
21.08.2017, 13:23

Qədim dost

ABŞ ruslara viza verməyəcək
21.08.2017, 13:17

ABŞ ruslara viza verməyəcək

Bərdədə maşın 3 nəfəri vurdu, onlardan biri öldü
21.08.2017, 13:09

Bərdədə maşın 3 nəfəri vurdu, onlardan biri öldü

“Abşeron” Gənclər Şəhərciyində qaz PROBLEMİ
21.08.2017, 13:03

“Abşeron” Gənclər Şəhərciyində qaz PROBLEMİ

Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB etdi – QALMAQAL
21.08.2017, 12:57

Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB etdi – QALMAQAL

I sinfə gedəcək 42 274 uşağın sənədi məktəbə təqdim edilib
21.08.2017, 12:57

I sinfə gedəcək 42 274 uşağın sənədi məktəbə təqdim edilib

Həccə gedəcək azərbaycanlı zəvvarların səfər qrafiki açıqlandı
21.08.2017, 12:45

Həccə gedəcək azərbaycanlı zəvvarların səfər qrafiki açıqlandı

Sabahın havası - meteohəssas insanlar üçün əlverişsiz olacaq
21.08.2017, 12:40

Sabahın havası - meteohəssas insanlar üçün əlverişsiz olacaq

Putin və Trampın nümayəndələri qapalı görüş keçirəcək
21.08.2017, 12:27

Putin və Trampın nümayəndələri qapalı görüş keçirəcək

“Neftçi”nin baş məşqçisi istefa verdi
21.08.2017, 12:20

“Neftçi”nin baş məşqçisi istefa verdi

Tağı Əhmədov Yasamalın icra başçısı olmaq istəyir...
21.08.2017, 12:03

Tağı Əhmədov Yasamalın icra başçısı olmaq istəyir...

Komitə sədri azərbaycanlı iş adamlarının forumunun keçirilməməsinin səbəblərini AÇIQLADI 
21.08.2017, 11:56

Komitə sədri azərbaycanlı iş adamlarının forumunun keçirilməməsinin səbəblərini AÇIQLADI 

Nazim İbrahimov ÜAK-ın ləğvini PİSLƏDİ: “Yumşaq həll etmək olardı”
21.08.2017, 11:49

Nazim İbrahimov ÜAK-ın ləğvini PİSLƏDİ: Yumşaq həll etmək olardı

Azərbaycan və Rusiya arasında aviareyslərin sayı arta bilər
21.08.2017, 11:43

Azərbaycan və Rusiya arasında aviareyslərin sayı arta bilər

UNEC beynəlxalq akkreditasiya qazanıb
21.08.2017, 11:42

UNEC beynəlxalq akkreditasiya qazanıb

Nazpəri Dostəliyevanın evindən seyf oğurlandı
21.08.2017, 11:15

Nazpəri Dostəliyevanın evindən seyf oğurlandı

Cəbrayıl 1993-cü ilin 21 avqustunda: “Əlikram Hümbətov yol kəsirdi”
21.08.2017, 11:00

Cəbrayıl 1993-cü ilin 21 avqustunda: “Əlikram Hümbətov yol kəsirdi”

Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edəcək 
21.08.2017, 10:56

Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edəcək 

Bolqarıstanın keçmiş rəhbəri: “Gənc liderlər sülhməramlı olmalıdır”
21.08.2017, 10:50

Bolqarıstanın keçmiş rəhbəri: “Gənc liderlər sülhməramlı olmalıdır”

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(48.1%)
SOCAR-dan(5.66%)
Lukoil-dan(19.8%)
Bunların heç birindən - başqasından(26.4%)