Modern.az

Mehriban Əliyeva Quranı yandıranlardan danışıb

Mehriban Əliyeva Quranı yandıranlardan danışıb

Təhsil

8 Aprel 2011, 18:20

Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün  davam edib. «Qadınlar-mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri» adlı 3-cü sessiyada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
Tədbirin böyük əhəmiyyətə malik olduğunu deyən Mehriban Əliyeva bildirib ki, son illər Bakı əsl dialoq məkanına çevrilib. Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, forum xalqlar arasında formalaşan münasibətlərə müsbət təsir edəcək.
«Bu gün bəzən insanlıqdan kənar hərəkətlərlə üzləşirik».  Bunu bəyan edən Mehriban Əliyeva Amerikalı keşişin Qurani-Kərimi yandırması məsələsinə də münasibət bildirib. «Bu insanlar kimə və nəyə xidmət edir?» deyən Azərbaycanın birinci xanımı hesab edir ki, hazırda ən təhlükəli məqamlardan biri də dinin siyasiləşdirilməsidir.    

“Münaqişələr, soyqırımlar bugünkü dünyanın reallığıdır. Bu konfliktlər azalmır, əksinə artır, bu da dialoqu gündəmə gətirir” deyən Mehriban Əliyeva elə bu səbəbdən də indi dünyada dialoq arzularının çoxaldığını bildirib. Qeyd edib ki, bəzilərinə görə, getdikcə dialoq imkanları tükənir. Bəziləri isə hesab edir ki, dialoq məsələsində qərb modeli əsas götürülməlidir.
“Qərb modeli ideal modeldir, amma bütün bəşəriyyətin bu cür yaşaması da mümkün deyil” deyən Heydər Əliyev Fondunun prezidenti dünyadakı mövcud resursların buna imkan vermədiyini xatırladıb.

“Bu gün mədəniyyətlərarası dialoq kultoroloji çərçivədən çıxıb böyük mədəniyyətin tərkib hissəsinə çevrilib” deyən Mehriban Əliyeva bildirib ki, dialoq etik norma və haqq-ədalət prinsipləri, xalqlar və millətlərarası münasibətlər də etik normalar çərçivəsində qurulmalıdır.
“Hər birimiz öz əməllərimizlə bu prosesə dəstək verməliyik” deyən Mehriban Əliyeva bildirib ki, yalnız humanizm və ədalət əsasında konstruktiv dialoqa nail olmaq mümkündür.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü