Modern.az

ABŞ qırıcısı Suriyada məscidi bombaladı: 40 ölü, 85 yaralı

ABŞ qırıcısı Suriyada məscidi bombaladı: 40 ölü, 85 yaralı

Aktual

17 Mart 2017, 11:11

ABŞ qırıcısı Suriyanın Hələb şəhərinin Cina bölgəsində məscidi bombalayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məscidə gecə namazı qılınarkən endirilən aviazərbə nəticəsində 58 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

 

Ölənlərin sayının artacağı istisna olunmur.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı bu hava hücumunun Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini təsdiq edib. Komandanlığın bəyanatında aviazərbələrin İdlibə, "Əl-Qaidə"yə aid toplantı yerinə endirildiyi və çox sayda terrorçunun öldürüldüyü bildirilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü