Modern.az

Millimiz Almaniya ilə oyuna çıxır - Yeni heyəti açıqlandı - 26 futbolçu

Millimiz Almaniya ilə oyuna çıxır - Yeni heyəti açıqlandı - 26 futbolçu

Aktual

17 Mart 2017, 15:59

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Modern.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Baş məşqçi Robert Prosineçki aşağıda adları qeyd olunan 26 futbolçuya dəvət göndərib.

Qapıçılar: Kamran Ağayev, Boavişta (Portuqaliya), Anar Nəzirov (Zirə) Aqil Məmmədov (AZAL)

Müdafiəçilər: Tərlan Quliyev (İnter), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Maksim Medvedev (Qarabağ), Pavel Paşayev Stal (Ukrayna), Maqomed Mirzabekov (Qəbələ), Ürfan Abbasov (Qəbələ), Ruslan Abışov (Neftçi)
 
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (Qarabağ), Qara Qarayev (Qarabağ), Dmitri Nazarov
(Aue (Almanya), Eddi İsrafilov (Kadis (İspaniya), Emin Mahmudov (Boavişta (Portuqaliya), Elvin Məmmədov (Zirə), Cavid Hüseynov (Qəbələ), Araz Abdullayev (Qəbələ), Əfran İsmayılov (Qarabağ)
 
Hücumçular: Ağabala Ramazanov (Qarabağ), Ruslan Qurbanov (Qəbələ), Namik Ələskərov (Neftçi), Ramil Şeydayev, (Jilina (Slovakiya), Renat Dadaşov (Ayntraxt (Almanya), Deniz Yılmaz (Bursaspor (Türkiyə)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü