Modern.az

Azərbaycandakı bankların aktivləri AÇIQLANDI

Azərbaycandakı bankların aktivləri AÇIQLANDI

Aktual

17 Mart 2017, 18:44

Azərbaycanda  fəaliyyət göstərən 32 bankın 31 yanvar 2017-ci il tarixinə cəmi aktivləri 32,407.1  milyon manat, cəmi öhdəlikləri 30,347.5 milyon manat təşkil etmişdir.

 

Sektorun balans kapitalı 2,059.6 milyon manatdır. Əhalinin əmanətləri 7,691.3 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 569, söbələrinin sayı 132, ATM-lərin sayı 2468-dir.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edir.

 

2017-ci ilin 31 yanvar tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az və [email protected] ünvanına müraciət edə bilərlər.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü