23 sentyabr 2017, Şənbə
Ana Səhifə - GÜNDƏM - İsrail “rus raketini” Suriyada vurdu, səfir Kremlə çağırıldı
İsrail “rus raketini” Suriyada vurdu, səfir Kremlə çağırıldı
19.03.2017, 17:23

İki gün əvvəl İsrail aviasiyasının Suriyaya reydi Moskvanı ciddi narahat edib. Nəticədə bu ölkənin Moskvadakı səfiri izahat üçün Kremlə çağırılıb. Xəbər verildiyi kimi İsrail Hərbi Hava Qüvələrinin 4 F-16 təyyarəsi Suriya hava məkanına daxil olaraq “Hizbullah” üçün nəzərdə tutulmuş silahlara zərbə endirib. Bu zaman Suriya havadan müdafiə qüvvələri İsrail təyyarələrini S-200 zenit-raket sistemləri ilə atəşə tutub.

Cavab olaraq İsrailin raketdən müdafiə sistemi “Arrow” həmin raketlərdən birini vurub. Bu, “yer-yer” tipli raketlərə qarşı nəzərdə tutulan “Arrow” raketlərinin “yer-hava” tipli raketlərə qarşı ilk döyüş tətbiqidir. Və İsrailin raketdən müdafiə sahəsində hansı imkanlara malik olduğunu nümayiş etdirir.  Xəbərlərə görə İsrail raketi Suriyanın buraxdığı S-200 raketini bu ölkənin hava sahəsindəcə haqlayıb, “Arrow” raketinin qalıqları qonşu İordaniyanın ərazisinə düşüb.

Modern.az Virtualaz.org  istinadən xəbər verir ki, Knessetin müxalifətdən olan deputatı Omer Bar-Lev “Arrow” raketinin İsrail təyyarələrinə tuşlanan Suriya raketinə doğru buraxılması “səhv addım” olduğunu bildirib. Çünki bu, Rusiya ilə münasibətləri gərginləşdirə bilər. “Bu insidentə görə İsrail səfiri artıq izahat üçün Kremlə çağırılıb”-deputat bildirib. Bar-Levin fikrincə İsrailin Suriyada Rusiya ilə əməkdaşlığı vacib məsələdir.

Keçmiş müdafiə naziri və baş nazir, general Ehud Barak da raketin tətbiqini yanlış hesab edir. “Bu raket atışı və raketin qalıqlarının İordaniya ərazisinə düşməsi nəticəsində İsrail ilk dəfə Suriyaya hücuma görə məsuliyyəti üzərinə götürməli olub. Ona görə də bəlkə bu raketin tətbiqindən çəkinmək olardı”-Ehud Barak deyib. Bununla belə keçmiş müdafiə naziri gecə saatlarında İsrail təyyarələrinə doğru buraxılmış zenit raketinin “Arrow” raketi ilə vurulmasını İsrailin raketdən müdafiə sahəsində hansı imkanlara malik olduğunun nümayişi kimi qiymətləndirir. “Bu, növbəti dəfə sübut edir ki, İsrail raketdən müdafiənin effektivliyi üzrə dünyada aparıcı yeri tutur”-Barak bildirib.

Livanda mənzillənən “Hizbullah” təşkilatının lideri şeyx Nəsralla isə İsraili Suriya ərazisinə aviazərbəyə görə tənqid edərək deyib ki, İsrail İŞİD-in Suriyada məğlub olmasından qorxur. Çünki bilir ki, bu halda Suriyada İranla üz-üzə qalacaq. Nəsralla Suriya müxalif qruplaşmalarını əsədə qarşı döyüşməyi dayandırmağa çağırıb, deyib ki, bu, ancaq İsrailin işinə yarayır.

 

Modern.az

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Saakaşvili 130 dollar cərimələnib
23.09.2017, 00:37

Saakaşvili 130 dollar cərimələnib

İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı
23.09.2017, 00:26

İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı

Azərbaycanda payız fəsli başladı
23.09.2017, 00:09

Azərbaycanda payız fəsli başladı

22.09.2017, 23:55

"Komandaların sayı da, rəqabət də aşağı düşüb" - Qurban Qurbanov

Elmar Məmmədyarovla həmsədrlərin görüşü başa çatdı  - Yenilənib
22.09.2017, 23:39

Elmar Məmmədyarovla həmsədrlərin görüşü başa çatdı  - Yenilənib

Tovuzda yeni doğulan körpə öldü
22.09.2017, 23:26

Tovuzda yeni doğulan körpə öldü

OPEK yenidən toplanır
22.09.2017, 23:09

OPEK yenidən toplanır

Azərbaycan üzv dövlətlərdə silahlı münaqişələrdən narahatdır
22.09.2017, 22:52

Azərbaycan üzv dövlətlərdə silahlı münaqişələrdən narahatdır

Azərbaycanın tibbi ləvazimatlar idxal edildiyi ölkələr
22.09.2017, 22:33

Azərbaycanın tibbi ləvazimatlar idxal edildiyi ölkələr

Prezident komandamızın oyununa baxıb
22.09.2017, 22:16

Prezident komandamızın oyununa baxıb

“Qarabağ” növbəti qələbəsini qazanıb
22.09.2017, 22:02

“Qarabağ” növbəti qələbəsini qazanıb

Qarındakı qatlardan qurtulmaq üçün QATIQ-QARABAŞAQ QARIŞIĞI
22.09.2017, 21:51

Qarındakı qatlardan qurtulmaq üçün QATIQ-QARABAŞAQ QARIŞIĞI

18 dəfə məğlub olan, 17 dəfə dəfn olunan 16-cı Amerika prezidenti AVRAAM LİNKOLN
22.09.2017, 21:16

18 dəfə məğlub olan, 17 dəfə dəfn olunan 16-cı Amerika prezidenti AVRAAM LİNKOLN

Nazirlik yeni sosial layihənin icrasına başladı
22.09.2017, 21:00

Nazirlik yeni sosial layihənin icrasına başladı

İstanbul Bələdiyyəsinin sədri  istefa verdi
22.09.2017, 20:46

İstanbul Bələdiyyəsinin sədri  istefa verdi

Azərbaycan valeybolçuları Macarıstanı məğlub etdi
22.09.2017, 20:32

Azərbaycan valeybolçuları Macarıstanı məğlub etdi

Nazir Samuxda hakim və ədliyyə işçiləri ilə müşavirə keçirdi
22.09.2017, 20:16

Nazir Samuxda hakim və ədliyyə işçiləri ilə müşavirə keçirdi

22.09.2017, 20:02

"İran heç vaxt müharibə tərəfdarı olmayıb" - Hərbi attaşe

Nazirlər Kabinetində struktur islahatları başa çatıb, şöbə müdirlərinin TAM SİYAHISI
22.09.2017, 19:37

Nazirlər Kabinetində struktur islahatları başa çatıb, şöbə müdirlərinin TAM SİYAHISI

Azərbaycan və Ermənistan XİN rəhbərləri sabah görüşəcək
22.09.2017, 18:52

Azərbaycan və Ermənistan XİN rəhbərləri sabah görüşəcək

Ermənilər Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədib
22.09.2017, 18:46

Ermənilər Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədib

Qarabağa qanunsuz səfər edən amerikalı konqresmenlərin adı “qara siyahı”ya salındı
22.09.2017, 18:37

Qarabağa qanunsuz səfər edən amerikalı konqresmenlərin adı “qara siyahı”ya salındı

Tramp Şimali Koreya liderini dəli adlandırdı
22.09.2017, 18:23

Tramp Şimali Koreya liderini dəli adlandırdı

Azərbaycanla Qırğızıstan arasında imzalanan protokol təsdiqləndi
22.09.2017, 18:12

Azərbaycanla Qırğızıstan arasında imzalanan protokol təsdiqləndi

İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi  
22.09.2017, 18:02

İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi  

AMEA-nın Rəyasət Heyəti toplandı - tapşırıqlar verildi   
22.09.2017, 17:56

AMEA-nın Rəyasət Heyəti toplandı - tapşırıqlar verildi  

Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə ölüb
22.09.2017, 17:54

Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə ölüb

Bakıya gələn erməni deputat: “Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”   
22.09.2017, 17:33

Bakıya gələn erməni deputat: “Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”  

Metroda yeni dispetçer mərkəzi fəaliyyətə başladı
22.09.2017, 17:32

Metroda yeni dispetçer mərkəzi fəaliyyətə başladı

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
22.09.2017, 17:14

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Əbülfəz Qarayev şikayətçiləri Kürdəmirə topladı
22.09.2017, 17:13

Əbülfəz Qarayev şikayətçiləri Kürdəmirə topladı

Türkiyə Suriya ilə sərhəd divarının inşasını başa çatdırır
22.09.2017, 17:03

Türkiyə Suriya ilə sərhəd divarının inşasını başa çatdırır

“Azərbaycan kifayət qədər valyuta ehtiyatına malikdir”   
22.09.2017, 17:02

“Azərbaycan kifayət qədər valyuta ehtiyatına malikdir”  

Heydər Əsədov vətəndaşları qəbul etdi 
22.09.2017, 16:44

Heydər Əsədov vətəndaşları qəbul etdi 

Bakıda piyadalar kütləvi cərimələndi - FOTOLAR
22.09.2017, 16:42

Bakıda piyadalar kütləvi cərimələndi - FOTOLAR

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.88%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.8%)
- Məhərrəmlık əsl İslama ziddir(34.4%)