Modern.az

Qəddafini yola gətirə bildilər

Qəddafini yola gətirə bildilər

11 Aprel 2011, 11:13

Liviya lideri Müəmmar Qəddafi Afrika İttifaqının ölkədəki siyuasiya ilə bağlı hazırladığı planı qəbul edib. Bu barədə Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma Tripolidəki görüşün yekunları ilə bağlı danışarkən bildirib.

BBC-nin məlumatına görə, Afrika dövlətlərinin liderləri hazırda Benqaziyə gedirlər. Qeyd edək ki, Afrika İttifaqı atəşkəs elan edilməsini, humanitar yüklərin daşınmasının təşkilini və Liviya cəmiyyətinin müxtəlif fraksiyaları arasında dialoqun başlanmasını təklif edib.

Sülh sazişinin əsas bəndi təxirəsalınmadan atəşkəsin elan olunmasıdır. Qəddafi ilə Afrika İttifaqının rəhbərləri arasıbda danışıqlar bir neçə saat çəkib. Görüşdən sonra Qəddafi qonaqlarla birgə çadırdan çıxıb və tərfdarlarnının mitinqinə gedib. İndi Benqazidə olan müalifət mövqeyini bildirməlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü