Modern.az

Rusiya Milli Qvardiyasının 6 hərbçisi öldürüldü

Rusiya Milli Qvardiyasının 6 hərbçisi öldürüldü

Aktual

24 Mart 2017, 11:13

Ötən gecə Çeçenistanda silahlı qarşıdurma bir neçə Rusiya hərbçisinin ölümü ilə nəticələnib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, 8 nəfərdən ibarət silahlı dəstə Rusiya Milli Qvardiyasının Naur qəsəbəsində yerləşən hərbi hissəsinə keçməyə cəhd edib.

Hücum nəticəsində Rusiya Milli Qvardiyasının 6 hərbi qulluqçusu həlak olub, bir neçə hərbiçin yaralandığı bildirilir.

Terrorçulardan da 6 nəfər öldürülüb, 2-si qaçıb gizlənib.

Qeyd edək ki, hadisə ötən gecə təqribən saat 02:30 radələrində baş verib. Hazırda gizlənən silahlılar axtarılır.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü