Modern.az

Güclü külək Tovuzda fəsadlar törədib

Güclü külək Tovuzda fəsadlar törədib

Aktual

28 Mart 2017, 00:51

Tovuzda gecə saatlarında əsən güclü külək fəsadlar törədib. Modern.az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində rayon mərkəzində və ətraf kəndlərdə bir neçə evə ziyan dəyib. İki evin həyətində hasar küləyin gücündən uçub. Külək rayon mərkəzindəki piyada keçidinin tavanını da dağıdıb.

 

Bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində də müəyyən fasilələr yaranıb. Külək əsən müddətdə rayonun Sadəddin Məmmədov küçəsi, 3 ünvanında mənzildə isə yanğın olub. Alov Elmira Məmmədovaya məxsus evin yardımçı tikilisində qeydə alınıb. Ev sahibinin dediyinə görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yaranıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü