Modern.az

Messi 4 oyunluq cəzalandırılıb

Messi 4 oyunluq cəzalandırılıb

Dünya

28 Mart 2017, 22:48

Argentina yığmasının futbolçusu Lionel Messi 4 oyunluq cəzalandırılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Barselona” komandasının ulduzu millinin “DÇ-2018”in seçmə mərhələsində keçirəcəyi növbəti 4 oyunda iştirak edə bilməyəcək. Messinin diskvalifikasiya edilməsinə Çili ilə matçda (1:0) yan xətt hakimini söyməsi səbəb olub.

Messi seçmə mərhələnin yalnız son matçında meydana çıxmaq şansı qazanacaq.

4 oyunluq cəza ilə yanaşı, argentinalı futbolçuya 10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü