Modern.az

Mətbuat üçün akkreditasiyadan keçmə müddəti uzadıldı

Mətbuat üçün akkreditasiyadan keçmə müddəti uzadıldı

Aktual

29 Mart 2017, 00:24

12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarını  işıqlandırılmaq arzusunda olan media nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb. Bakı 2017 İslam Oyunlarından Modern.az-a verilən məlumata görə, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq cümə günü, 31 mart tarixi seçilib, lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və vaxtın uzadılması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix bazar günü, 9 aprel, günün sonunadək uzadıldı.

Məlumat üçün bildirək ki, akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur.

 

Bakı 2017 Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edirik, çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcək.

 

Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. //www.baku2017.com/az/media/yerli-mtbuatin-akkreditasiya-prosesi     

Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.

 

Akkreditasiya forması ilə bağlı müraciətinizi 9 aprel 2017-ci il tarixinədək bu ünvana göndərməyiniz xahiş olunur: [email protected]

 

Namidə Bingöl

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü