Modern.az

Orxan Pamukun qadağan olunmuş məhəbbətlə bağlı əsərinə İngiltərədə 10 min avro verilə bilər

Orxan Pamukun qadağan olunmuş məhəbbətlə bağlı əsərinə İngiltərədə 10 min avro verilə bilər

Təhsil

12 Aprel 2011, 13:57

Türkiyənin ünlü yazıçısı Orxan Pamuk İngiltərənin “The İndependent” qəzetinin “xarici roman mükafatı” qısa siyahısına düşüb.

Modern.az “BBC News”a istinadən bildirir ki, qısa siyahıya Orxan Pamukla birlikdə 6 yazıçı daxil olub.

Nobel mükafatı laureatı Pamukun bu dəfəki əsəri İstanbulda qadağan olunmuş məhəbbətdən bəhs edir. Əsər Maureen Freeli tərəfindən tərcümə edilib.  

Peru, Almaniya, Venesuela, Argentina və Norveçdən olan yazarlar da siyahıda yer alıb.

10 min avroluq mükafatı kitabı ingilis dilinə tərcümə edilən və İngiltərədə nəşr olan, yaşayan müəllifə verirlər.

Mükafat həm qalib müəllifə, həm də onun əsərinin tərcüməçisinə aiddir. Belə ki, qazanılan pul onların ikisi arasında bölüşdürülməlidir.

İngiltərə İncəsənət Şurası tərəfindən maliyyələşdirilən mükafatın qalibi 26 mayda Londonda təşkil olunacaq mərasimdə açıqlanacaq.

Keçən il mükafat Filip Klaudel adlı yazıçıya təqdim olunub. Onun “Brodkerin məruzəsi” əsəri fransız dilindən Amerikan ingiliscəsinə Con Kullen tərçümə edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü