Modern.az

İran təkzib etdi: "Azərbaycanla əlaqələrimizi korlamaq istəyənlər var”

İran təkzib etdi: "Azərbaycanla əlaqələrimizi korlamaq istəyənlər var”

29 Mart 2017, 17:37

“İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik”.


İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Modern.az-a bu barədə bildirilib. Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi iranlı musiqiçinin qondarma “Dağlıq Qarabağ Respublikası”nda verdiyi konsertlə münasibət bildirərkən deyib ki, Novruz bayramı günlərində İran İslam Respublikasından heç bir rəsmi musiqi qrupu Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli sayılan ərazilərə səfər etməyib:

“Üçüncü ölkə mətbuatı vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək məqsədi daşıyır. Təəssüf ki, indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi