Modern.az

“O insanın başının kəsilməyini istəyirəm” – Övladı öldürülən ana, VİDEO

“O insanın başının kəsilməyini istəyirəm” – Övladı öldürülən ana, VİDEO

Aktual

29 Mart 2017, 22:35

Sabirabad sakini Röyal Məmmədov 7 yaşlı oğlu Röyamini xüsusi amansızlıqla qətlə yetirib. Uşağın başına 6 çəkic zərbəsi vurub. Modern.az “ARB TV”yə istinadən xəbər verir ki, narkotik maddə aludəçisi olan Röyal həyat yoldaşından və qaynanasından pay torpağını satıb, pulunu ona vermələrini tələb edib.

Buna görə də Röyal Məmmədov ilə həyat yoldaşı Günel Məmmədova arasında daima münaqişə yaşanıb. Növbəti dəfə aralarında yaranan mübahisə zamanı bıçağa əl atan Röyal arvadının başını kəsməklə hədələyib. Bundan qorxan Günel Məmmədova qaçaraq evin zirzəmisində gizlənib. Bu zaman Röyal 7 yaşlı oğlunu aldadaraq anasının yanına aparacağını deyib.

Günel Məmmədov - Uşağın anası: "Uşağı aldadıb aparıblar. O insanın başının kəsilməyini istəyirəm. Uşağım ölüb o, da öləcək.

Röyal Məmmədov ona pul verməyən arvadının qisasını 7 yaşlı oğlu Röyamidən almaq istəyib, oğlunu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və tikilinin zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov dəfələrlə həyat yoldaşı və qaynanasına məxsus əşyaları sataraq, pulunu şəxsi məqsədləri üçün mənimsəyib.

Uşağın nənəsi: "Deyir sən təndirdə çörək bişir, mən aparım satım, oturum yeyim-içim evdə. Sən isə zülm çək. Həyətimin çardağını satıb. Həyətimdəki boruları satıb, damımın qapısını satıb. Oturub evdə işləmir, eləmir. Ancaq deyir, sən işlə, gətir, satım sovurum, yeyim".

Əvvəllər oğurluq üstə məhkum olunan Röyal Məmmədov iki il öncə həbsdən çıxıb.

Bu, Röyal Məmmədovun ikinci evliliyidir. Onun ikinci nikahdan 3 uşağı olub. Öldürdüyü Röyami ailənin böyük oğludur və bu il birinci sinfə gedirmiş.

 

Övlad qatili olan Röyal Məmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı