30 aprel 2017, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - “Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər” - MÜSAHİBƏ
“Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər” - MÜSAHİBƏ
30.03.2017, 12:13

2016-cı ilin 2-5 aprel tarixində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 4 günlük savaşın nəticəsi olaraq  ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, düşmənin 320-dək döyüşçü öldürülmüş və 500-dən hərbçisi yaralanmışdı.
Təbii ki, o qanlı savaşda Azərbaycan Ordusu da itkisiz ötüşməmişdi..


Aprel hadisələrinin ildönümü ilə bağlı “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu  Modern.az-a müsahibə verib.

-Ötən ilin aprelində cəbhədə baş verən 4 günlük savaşın  ildönümünə bir-iki gün qalıb. Aprel hadisələri zamanı nələri qazandıq və nələri itirdik?

-2016-cı ilin aprelində  4 günlük savaş zamanı itkilərimizin olmasına rəğmən,  Azərbaycan xeyli  uğurlar əldə etdi. Uğurun birinci hissəsi ondan ibarətdir ki, 20 ildən çox müddət ərzində az da olsa, hər hansı yüksəkliyi geri qaytara bilməmişdik. Amma aprel hadisələri zamanı  Lələtəpə adlanan yüksəkliyi geri qaytara bildik. Cəbaryıl rayonunun Cocuq Mərcanlı kəndi bizdə olsa da, Lələtəpə yüksəkliyinin geri qaytarılmasından sonra kəndə nəzarəti geri aldıq.

Uğurun ikinci hissəsinə gəldikdə isə, bu, yüksəkliyin geri alınması və düşmənin itklərinin çox olmasından ibarətdir. Qarşı tərəf illərdir ki, guya, torpaqlarımızı geri qaytara bilməməyimizlə bağlı təbliğat aparırdı. Amma 2016-cı ilin aprel hadisələri sübut etdi ki, Azərbaycan istənilən vaxt ərazi bütövlüyünün bərpasına nail ola bilər. Yüksəkliyin geri alınması və Cocuq Mərcanlı kəndinə tam nəzarəti bərpa etməyimiz əhali arasında da ruh yüksəkliyi yaratdı. Bu baxımdan da  həmin döyüşlərdə qazandıqlarımız Ermənistan ictimaiyyəti və siyasi arenasında ciddi müzakirələrə səbəb oldu.

-Bildiyiniz kimi aprelin 2-si Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçki ərəfəsində  Erənistanda gərginlik müşahidə olunmaqdadır. Müxalifət liderləri Azərbaycan və Dağlıq Qarabağla bağlı açıq fikirlər səsləndirirlər. Aprel hadisələrinin ildönümü ilə parlament seçkiləri eyni vaxta düşür...
Aprel hadisələrinin təkrarlanması mümkündürmü?

 

-Düzdür, seçki öncəsi müxalifətdə təmsil olunanlar Azərbaycan və Türkiyə ilə əbədi düşmən olmağın əleyhinə çıxışlar edirlər. Bu məsələ mərhələli şəkildə həll olunmalıdır. Dağlıq Qarabağ məsələsi yoluna qoyulmalıdır. Azərbaycan cəmiyyətində polemikanın başlanma səbəbi aprel hadisələri ilə bağlıdır. Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər. Çünki onların Qarabağla heç bir bağlılığı yoxdur. Ağdamda ölmək Ermənistan əsgərinə lazımdırmı?! Əlbəttə yox.  Ötən ilin aprelində cəbhədə 4 günlük savaş zamanı Azərbaycan cəmiyyətinin bəzi ümidləri doğrulmadı. Guya böyük dövlətlərin sayəsində Qarabağ münaqişəsi mərhələli şəkildə yoluna qoyulacaq, Ermənistan öz istəyi ilə ətraf rayonları  boşaldacaqdı. Bunlar baş vermədi. Nə Vyana, nə də Sank-Peterburq görüşləri istənilən nəticəni verdi. Böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq göstərmədi. Çünki Ermənistan hakimiyyətinin başında 20 ildir ki, separatçı qüvvələr dayanır. O baxımdan da aprel döyüşlərinin yenidən təkraralanması baş verə bilər.

-Ermənistandakı parlament seçkiləri öncəsi eks-müdafiə naziri Seyran Ohanyan və keçmiş prezident Levon-Ter Petrosyan  Qarabağ məsələsində Sarkisyan hakimiyyətinə əks qütbdə dayanıb. Bu, seçki öncəsi siyasi hiylədir, yoxsa, hakimiyyətdaxili gərginliyin olması?

-Hal-hazırda Ermənistanda 2 klan arasında qızğın mübarizə gedir. Görüntü olaraq  mübarizə üsulu guya, siyasi partiyalar arasındadır. Amma əslində söhbət iki klandan gedir: Qarabağ klanı və Ermənistan klanı.

Ermənistan klanı Qarabağ hakimiyyətinin siyasətindən bezib. Qarabağ klanı Ermənistanı uçuruma aparır. Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistana heç nə vermir. Təbii ki, bunu Ermənistan klanı başa düşür. Qarabağ klanı Ermənistan klanını hakimiyyətdən uzaqlaşdırmağa çalışsa da bu, hələlik mümkün deyil. Rusiyaya arxalanan Qarabağ klanı isə əksinə hakimiyyətini gücləndirmək əzmindədir. Əmindirlər ki, hakimiyyətdən getsələr bu, heç də onlar üçün yaxşı sonluqla nəticələnməyəcək. Baş verən hadisələrə görə məhkəmə qarşısında cavab verməli olacaqlar. Dediyiniz kimi, Ermənistan müxalifətinin bir qismi, keçmiş müdafiə naziri Seyran Ohanyan da dilə gəlib və nə zamansa Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpa olunmasına inanır. O da anlayır ki, indiki şəraitdə müharibənin uzanması Ermənistanda çox acı faciələrə səbəb ola bilər. Keçmiş prezident Levon Ter-Petrasyan açıq deyir ki, “mərhələli həll planını qəbul edək”. Təbii ki, biz də mərhələli həll planının tərəfdarıyıq. Əgər aprel hadisələri baş verməsəydi, Levon Ter-Petsayon bu fikirləri dilinə gətirməzdi. Ermənistan cəmiyyətinə bu barədə heç nə danışmazdı.


-Bu günlərdə Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib. Səfər çərçivəsində sərt bəyanatlar səsləndirib. Sizcə, aprel hadisələrinin ildönümünə az qalmış belə səfərin gerçəkləşməsini həyata keçirən Sarkisyanın məqsəd və planlarının mərkəzində nə dayanır?

-Sarkisyanın Dağlıq Qarabağa səfər etməsi Ermənistan və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ruh yüksəkliyini artırmağa hesablanıb. Həm Ermənistan cəmiyyəti, həm də Qarabağda yaşayan ermənilər müharibədən qorxurlar. Əmindirlər ki, Azərbaycan indiki vəziyyətlə barışan deyil. Nə olursa olsun torpaqlarını geri qaytarmaq əzmindədir. Bu qorxunu hiss edən Sarkisyan təcili Qarabağa gəlib. Səfər çərçivəsində Rusiyadan aldıqları “İsgəndər” raketi ilə Azərbaycanı vurmaq əzmində olduqlarını bildirib. Azərbaycan müdafiə naziri də deyir ki, “İsgəndər” raketidən 5-10 qat ağırlığında raketlər bizdə də var. Həmçinin, Sarkisyanın Xankəndidə verdiyi açıqlama da diqqət çəkir. Sarkisyan aprel döyüşləri zamanı itirdiyi yüksəkliyi geri almaq əmri verə bilərdi. Di gəl ki, yüzlərlə itki ilə üzləşəcəyini dönə-dönə söyləyib. Yəni “buna getmədim ki, itkilərimiz olmasın”. Xankəndidəki çıxışı  zamanı etiraf edir ki, döyüşlərə özü rəhbərlik edir. Məhz bununla da bəyan edir ki, bu savaşa da, təxribatlara da Ermənistan rəhbərliyi  rəhbərlik edir. İkinci tərəfdən belə qənaətə gəlmək olar ki, əgər Ermənistan hakimiyyəti Lələtəpə yüksəkliyinin itirilməsi ilə barışıbsa, hücum haqqında əmr verməyibsə, itkilərlə də barışıb.

-2014-cu ildə atəşkəsin əldə olunmasına dair imzalanan Bişkek protokolunun müddəti bitmiş hesab olunub. Bunun ardınca 2014-cü ilin avqust hadisələri baş verdi. 2016-cı ilin aprelində isə 4 günlük savaş tarixə düşdü. Deməli, cəbhədə müharibə qaçılmazdır.

-Bu məsələyə hər zaman açıq fikirlərimi bildirmişəm. Açıq deyirəm ki, biz Bişkekdə atəşkəs razılığına imza atsaq da, əbədiyyətə qədər atəşkəsin uzanmasına dair məsuliyyət götürməmişik. Münaqişə sülh yolu ilə həll olunmalıdır. Əgər həll olunmursa, nə etməliyik?! İşğalçını hər zaman təzyiq altında saxlamalıyıq. Zərbələr endirməliyik. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var?! Ölmək istəmirlərsə, Ermənistana qayıtsınlar. Ona görə də işğalçı dövləti təzyiq altında saxlamalıyıq. Biz isə ərazilərimizi geri qaytarmaq istəyirik. Danışıqlar nəticə vermirsə düşmənə hərbi yolla təzyiq göstərməliyik. Ötən ilin aprel ayında biz bunu göstərdik. 4 günlük savaş zamanı qarşı tərəf çox ciddi itki verdi. Bu üsuldan istifadə etmək zəruridir. Çünki bu üsulla sülhə bir az daha yaxınlaşa bilərik. Məhz ötən ilki üsuldan sonra Ermənistanda polemikalara yol açıldı. Düşünürəm ki, danışıqlarda real nəticə yoxdursa, böyük dövlətlər Ermənistana təzyiq və təsir göstərmirsə yeganə alternativ yolumuz cəbhə bölgəsində işğalçı dövlətə qarşı təzyiqi artırmalıyıq. Aprel hadisələrindən sonra Rusiya danışıqları sürətləndirmək üçün heç bir cəhddə bulunmadı. Yenə də bu, ona rəvac verir ki, Azərbaycan ənənəvi üsuldan istifadə etməlidir. Yəni işğalçı dövlətə qarşı təzyiqi artırmalıdır. Bu məsələdə Ermənistanın itkilərinin sayı artmalıdır ki, ağılları başlarına gəlsin. İndiki vəziyyətin onlara heç bir faydası yoxdur.

-Ötən ilin dekabr ayında Ermənistan-Azərbaycan sülh platforması yaradıldı. Öz növbəsində Azərbaycan tərəfi bu platformaya hörmətlə yanaşır. Amma Ermənistan rəhbərliyinin sülh platforması ilə bağlı mövqeyi anlaşılan deyil. Ermənistan nə istəyir? Ərazilərin geri qaytarılmasında sülh, yoxsa, müharibə variantını?

-Sülh platformasına müsbət yanaşıram. Bir tərəfdən hərbi gücümüzü ortaya qoyuruq, digər tərəfdən isə bu, həm də beyin oyunudur. Görürük ki, sülh platformasında kifayət qədər fəal var. Onların həyatları üçün birbaşa təhlükə ola bilər. Həmin ermənilərin bir neçəsi Bakıda qərar tutub. Belə ermənilərin sayını çoxaltmalıyıq. Belə ermənilərin çoxalması Ermənistan cəmiyyətində də müzakirələrə səbəb olur. Bunu Ermənistan cəmiyyətində çoxları bilsə də, açıq şəkildə dilə gətirməkdən çəkinirlər. Kim ki xaricə köçür və gəlib Bakıda qərar tutur, baxın, onlar fikirlərini açıq ifadə edirlər. Düşünürəm ki, sülh platformasının xeyirli tərəfləri çoxdur. Bu da onu göstərir ki, əslində, ermənilərilə azərbaycanlılar bir yerdə yaşaya bilər. Yetər ki, Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Onsuz da orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Kimin ki  əli qana bulaşmayıb onlar həyatlarını olduğu kimi davam elətdirə bilərlər. Sülh platformasının müsbət tərəfi də ondan ibarətdir ki, Ermənistana və erməni cəmiyyətinə bu yolla mesaj göndərilir. Gəlin SSRİ dövründə olduğu kimi, birgə həyatımızı davam etdirək, düşmənçilikdən əl çəkək, birgə yaşayaq. Daha sonra Türkiyə ilə dostluq imkanı qazana, qazanc da əldə edə bilərlər. Yəni bu, hamının Rusiyanın, Türkiyənin İranın, Gürcüstanın da xeyrinədir. Lazım olsa Dağlıq Qarabağ icmaları arasında dialoqu davam etdirmək, görüşüb müzakirələr aparmaq olar. Yetər ki, separatçılıq meyllərindən əl çəksinlər.

 

Namidə BİNGÖL

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.04.2017, 01:03

Ağır atletika üzrə Azərbaycan birinciliyi yekunlaşdı

30.04.2017, 00:43

Kubada yoxa çıxan təyyarə qəzaya uğrayıb: 8 ölü, Yenilənib

30.04.2017, 00:26

Polad Bülbüloğlu Türkmənistanın Xalq artisti oldu

30.04.2017, 00:09

ADNA terroru: 12 nəfərin qətlinin anım günü

29.04.2017, 23:58

Şadlıq evləri iş prinsipini dəyişir - VİDEO

29.04.2017, 23:37

Böyük Britaniya və Avropa Birliyi arasında QANUN SAVAŞI

29.04.2017, 23:32

Daha bir ölkə narkotik istifadəsini leqallaşdırır

29.04.2017, 23:27

ABŞ həbsxanalarında bərbad VƏZİYYƏT – qadınlara təcavüz edilir

29.04.2017, 23:09

Avtomobil azyaşlını vurdu

29.04.2017, 22:52

İŞİD-lə “Taliban”arasında qarşıdurma

29.04.2017, 22:43

Alimlərdən MƏSLƏHƏT: “Narahat qalmaq sağlamlığa xeyirdir”

29.04.2017, 22:39

Türkiyə NATO-nun vacib üzvüdür

29.04.2017, 22:27

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29.04.2017, 22:14

"Qarabağ" bizdən üstündür" - "Neftçi"dən etiraf

29.04.2017, 21:59

Avropa İttifaqı Böyük Britaniya ilə danışıqlara başladı

29.04.2017, 21:44

Türkiyədə evlilik proqramları qadagan edildi

29.04.2017, 21:24

Azərbaycanda suvarma üçün maraqlı qurğu - Video

29.04.2017, 20:48

“Gənclərə 18 yaşında deputat olmaq hüququ verilibsə ....” - Deputat

29.04.2017, 20:29

ABŞ-da təyyarə qəzası: 3 ölü

29.04.2017, 20:15

QHT-lərlə bağlı banklara göstəriş verildi

29.04.2017, 20:02

Bülənt Arınç FETO-çularla əlaqəsindən danışdı – VİDEO

29.04.2017, 18:00

Ucar sakini özünü elektrovozun altına atdı

29.04.2017, 17:50

Dünya Kubokunda daha iki növdə finalçılar müəyyənləşib

29.04.2017, 17:24

İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri  

29.04.2017, 17:00

QHT-lərə şad XƏBƏR - Rüfət Aslanlı ilə razılıq əldə olundu

29.04.2017, 16:45

“Etibar Məmmədov Nəriman Nərimanovu kürsüdən pisləyirdi” - GİZLİ TARİX

29.04.2017, 16:43

Avropa İttifaqının nümayəndəsi: Bakı Şopinq Festivalı yeni brendə çevrilə bilər

29.04.2017, 16:29

Yenə at əti tutuldu - FOTOLAR

29.04.2017, 16:19

Jurnalistin komada olan atasına görə xəstəxanaya 11 min manat borcu var

29.04.2017, 16:06

Qırğızıstanda matəm elan olundu - YENİLƏNİB

29.04.2017, 15:45

Azərbaycanda 82 yaşlı kişi və 69 yaşlı qadın nikaha girib  

29.04.2017, 15:29

Rüfət Aslanlı QHT rəhbərləri və jurnalistləri bir araya yığdı 

29.04.2017, 15:22

Tovuzda Milli Qəhrəmanın büstünün açılışı oldu

29.04.2017, 15:18

Xəzərdən başlayan su səyahəti Azərbaycanın şimal qapısı Qusarda

29.04.2017, 15:12

Bakı ermənisi Heydər Əliyevin məzarı önündə baş əydi - FOTOLAR

ARXİV