23 yanvar 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması?- II Yazı
Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması?- II Yazı
03.04.2017, 11:42

Dos., Dr. Faiq Qəzənfəroğlu


Assuriya-yəhudi mənbələrində İskitlərin adı «aşke­naz», «işquza», «aşquza» kimi qeyd edilmişdir ki, bu sözü haqlı olaraq bir çox tədqiqatçılar «Kitabi-Dədə Qor­qud»­dakı «İç Oğuz», «Oğuz» anlayışı ilə eyniləşdirirlər. Oğuz anlayışı isə qədim türk tayfa birliyinin adı ilə bağlı olmuşdur. Bu tayfanın adı Orxon-Yenisey abidələrində Oğuz budun kimi çəkilir. Oğuz xan nəslindən hesab olunan oğuzları Mahmud Kaşğari 22 tayfa, F.Rəşidəddin isə 24 tayfadan ibarət olduğunu göstərir. Deməli, qədim Azərbaycanda «türk» amili İskit-İç Oğuz çarlığı dövründə daha ciddi şəkildə meydana çıxmışdır. Bunu onunla izah etmək olar ki, yerli türklərlə – kutilər, turukkilər, sular, kaslar//qazlar və b. Azərbaycana gələn türk tayfaları – kim­me­rilər, iskitlər (işquzlar-oğuzlar), saklar birləşdikdən son­ra, başqa yad etnik qrupları ciddi şəkildə sıxışdırmış və ta­ri­xən daha çox Azərbaycan adlanan böyük bir ərazidə üstün etnik millətə çevrilmişlər.


Türk-Turan dünyasının qiymətli abidəsi olan «Kitabi-Dədə Qorqud» türklərin, ya da oğuzların Turan-Saka dövründəki tarixini, dilini, mədəniyyətini və fəlsəfəsini açıq şəkildə təcəssüm etdirən Türk-Turan abidələrindən biridir. Bu abidədə Oğuz-Turan qövmündən-xalqından, oğuzlardan, Oğuz türklərindən, Oğuz igidlərin­dən, Oğuz-Turan ellərindən bəhs olunur. «Kitabi-Dədə Qorqud»da da Oğuz eli müstəqil bir ölkə kimi, özü də İç Oğuz və Dış Oğuzdan ibarət olduğu qeyd olunur.Bu cür bölgü Turan-Saka və İş Quzlarla bağlı ola bilər.  «Kitabi-Dədə Qorqud»da yazılır ki, Oğuz müstəqil bir el-dövlətdir və onun tərkibində 24 bəylik var: «Bayandır xan əmr etdi: İyirmi dörd vilayətin bəyləri gəlsin!». Hər tayfanın öz sancağı-bayrağı var idi. Ancaq Oğuz elini birləşdirən bir tuğ-ümumi bayraq da vardı. Ümumiy­yət­lə, dastanda Oğuz eli-dövləti təəssübkeşliyi, oğuzlar ara­sın­da birlik əzmi güclüdür. Oğuz elinin Türküstan adlan­ma­sı boylarda «Türküstanın dirəyi!»kimi öz əksini tapmışdır. Dastan onun yayıldığı geniş ərazidə vahid dildə – Türk dilində danışan Turanlıların varlığını sübut edir.


Fikrimizcə, son il­lər­də «Kitabi-Dədə Qorqud»un tarixi-fəlsəfi mahiyyətini aç­maqda Kamal Abdulla xeyli iş görmüşdür. Xüsusilə, onun «Gizli Dədə Qoqrud» silsilə­sindən yazdığı əsərləri diqqəti cəlb edir. K.Abdulla sübut etməyə çalışır və buna da əsasən nail olur ki, «Kitabi-Dədə Qorqud» yalnız erkən orta əsrlərin deyil, o həm də türklərin-turanlıların milladan öncəki yüzillik­lər­dən xəbər verən qiymətli bir abidəsidir. Bu mənada K.Ab­du­llanın eposun qəhrəman­ları ilə (Salur Qazan, Beyrək, Basat, və b.) yunan mifologi­ya­sının, o cümlədən Homerin qəhrəmanları ilə (Odissey, Herakl, Admet və b.) apardığı paralelliklər və bundan çıxart­dığı nəticələr maraq doğur­ma­ya bilmir. Daha doğrusu, «Kitabi-Dədə Qor­qud»la yaxından və hər dəfə yaxından tanış olduqdan son­ra, K.Abdullanın təbrincə desək, başa düşürsən ki, onda «Mil­li yaddaşımızın nəhəng potensialı yatır». Bu ba­xımdan, bəlkə də erkən orta əsrlərdəki Dədə Qorqudun tə­rənnüm etdiyi Turan-Oğuz-Saka dövl­əti, oğuzların ondan çox qə­dim­lər­də mövcud olmuş Turan At­lan­ti­dasının nisgilidir.


Beləliklə, hələ ilk Turan-Saka imperiyası dövründə (m.ö.13-9-cu əsrlər) iki fərqli mədəniyyətin qarşıdurması turanlılarla/türklərlə iranlıların/arilərin şüuraltına çox ciddi təsir göstərmiş, bir çox hallarda turanlı və iranlı kimliyi biri-birinə qarışmış, onları bəzən ayırmağı zorlaşdırmışdır. Özəlliklə, imperiya xarakterli dövlətlərdə bir yerdə yaşamağa məcbur olmuş Turanlılarla/Türklərələ Arilər/İranlıların eyni mədəniyyətə (Zərdüştlük-Odpərəstlik, Novruz-Ergenekon bayramı və b.), eyni tarixə (Midiya, Sakalar, Parfiya, Səfəvilər vəb.) sahiblənmək meyli güclü olmuşdur. Ancaq eyni imperiyada yaşamayan Türklər/Turanlılarla Farslar/İranlılar mədəniyyət mübadiləsindən öncəki inanclarını, törələrini daha çox qoruya bilmişlər. Bu anlamda təxminən 3 min ilə yaxın biri-biriylə ya qonşu, ya da iç-içə yaşayan Turanlılarla/Türklərlə Arilər/İranlılar bir yerdə yaşadıqları əski dövlətlərə, əski dinlərə sahiblik məsələsində fikir ayrılıqlarının olması təbiidir.


Bizcə, Ariyalı/İranlı xalqlar Turan xalqları arasına daxil olub bufer zonaya çevrildikdən sonra Turan İmperiyası 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərində bir qədər zəifləmişdir. Başqa sözlə, Hind/Avropa xalqlarının bir qolu olan arilərlə uzun sürən müharibələr Turan İmperiyasına ciddi təsir göstərmişdir. Özəlliklə, Turan İmperiyasının ən böyük hökmdarı Alp Ər Tonqanın Arilərlə savaşda öldürülməsi, bu imperiyaya ciddi itki olmuşdur. Artıq Alp Ər Tonqadan sonrakı Turan xaqanları Turan-Saka imperiyasının əvvəlki əzəmətini geri qaytarmaqda çətinlik çəkmişlər. Bundan sonra da Turan İmperiyasının təsir mərkəzindən kənarda qalan türk bəylikləri, o cümlədən Cənubi Azərbaycan Türk bəylikləri Assuriya və Urartunun işğalçı yürüşlərinin qarşısını almaq üçün Mananın başçılığıyla birləmişlər. Ancaq Şimali Azərbaycan bəylikləri Turan İmperiyasının tərkib hissəsi olmağa davam etmişlər. Deməli, Mananın, Madayın müstəqil dövlətlər kimi meydana çıxması yalnız Turan İmperiyasını əsas diqqətini Arilərə/Hindlilərə yönəltməsiylə baş vermişdir. Hər halda Assur, Urartu mənbələrində Mananın, Madayın adlarının 9-cu əsrdən etibarən çəkilməsi təsadüfi ola bilməz. Artıq 9-cu əsrdə Turan İmperiyası Cənubi Azərbaycan ərazilərinə nəzarəti itirmişdi.


Hesab edirik ki, Assur mənbələrində 9-cu əsrdən etibarən adı çəkilən Mana Türk bəyliklərinin qurduğu bir dövlət olmuşdur. Mana əhalisinin böyük əksəriyyəti də Turan/Türk mənşəli xalqlar idilər. Yəni Manna əhalisi arasında demək olar ki, iranlılar çox sonralar Midiyanın meydana çıxmasıyla görünməyə başlamışlar. Ancaq  Turan İmperiyasının tərkibində vaxtilə bir yerdə yaşadıqlarına görə Mananın əsas dəstəkçiləri, hələ də imperiyanın tərkib hissəsində olan Şimali Azərbaycan bəylikləri olmuşdur. Mananın m.ö. 590-cı ilə qədər varlığının davam etməsində də əsas rolu Turan İmperiyasının aparıcı qüvvəsi olan, o cümlədən Şimali Azərbaycan da daxil olmaqla böyük bir əraziyı ağalıq edən kimmerlər, sakalar, iskitlər olmuşlar. Hər halda məhz onlar Assuriya və Urartuya qarşı müharibələrdə Mana dövlətinə yardım etmişlər. Hətta Turan İmperiyası bir qədər özünə gəldikdən sonra m.ö. 7-ci əsrin əvvəllərində Mana ərazilərinə yenidən sahiblənmişlər. Kimmerlər-İskitlərin yenidən Mannaya sahiblənməsini, Azərbaycan tarixşünaslığında İskit çarlığı adlandırırlar ki, əslində bu yeni bir çarlıq deyil   Turan İmperiyasının əski torpaqlarına sahib çıxması idi. Yəni sadəcə, Sakalılar-İskitlər əski Turanı İmperiyasının bir parçası olan Cənubi Azərbaycanda hakimiyyətlərini yenidən bərpa etmişdilər. Bunu, təbii qarşılayan Mana dövləti də Assuriya və Uratiyla müqayisədə Turan-Saka ordusuna heç bir müqavimət göstərməmişlər.


Yeri gəlmişkən, m.ö. 8-ci əsrin ikini yarısından Turan İmperiyasınınn yenidən dirçəlişini bəzi tədqiqatçılar üçünçü Turan İmperiyası kimi qələmə verirlər. Bu o anlama gəlir ki, Alp Ər Tonqanın ölümündən bir müddət keçdikdən sonra Turan İmperiyası əsasən dağılmışdır. Bu da, təxminən m.ö. 1-ci minilliyin əvvəllərin 10-9-cu əsrlərə aid ola bilər. Çox güman ki, turanlılar 9-8-ci əsrlərdə yenidən toparlanmışdır. Artıq m.ö. 8-ci əsrin ikinci yarısında Turanlılar əvvəlki imperiya ərazilərini birləşdirməyə başlamışlar. Turanlıların əsas hədəflərindən biri də Ön Asiyanı, o cümlədən Böyük Azərbaycanı yenidən Turan İmperiyasına birləşdirmək olmuşdur. Bu baxımdan Kimmerlər-İskitlər-İş Quzlar ya da Turanlılar qısa müddətdə Böyük Azərbaycanı ələ keçirə bilmişlər. Tanınmış Türk/Qazax alimi Oljas Süleymenov Midiyanın əsas mütəffiqlərindən olan İskitlərin qə­dim yəhudi mənbələrində «İş quz», «Aş quz» kimi qeyd edil­diyini görmüş və bunu, «Kitabi-Dədə Qorqud»dakı» «İç Oğuz»la eyniləşdirmişdir. Onun fikrincə, yalnız Assuriya səlnaməçiləri İskitlər/İş quzların adını dəqiq verə bilmişlər: «Nə yunanlar, nə romalılar yad dilin terminlərini bu cür də­qiq­liklə ifadə etmək qabiliyyəti ilə öyünə bilməzlər, da­hiyanə iş = oğuz (iç oğuz) etnonimi oğuz eposu «Dədə Qor­qud» dastanı sayəsində bizim günlərə gəlib çatmışdır». O qeyd edir ki, İskitlər/İş quzlar iran­dilli-farsdilli tayfa deyil, Türklərlə/Turanlılarla  bağlıdır.


Turan İmperiyasını yenidən dirçəldənlər böyük zəfərlər əldə edərək, əski imperiya sərhədlərini belə aşdıqları bir dövrdə, yəni m.ö.7-ci əsrin sonlarına doğru qohumları olan Madalılardan ağır zərbə almışdır. Hər halda Mad etnonimi türklərlə bağlı olub qazaxlarda matay, sibir türklərində mat, madı kimi qorunub saxlanmışdır. Əslində Mada m.ö. 7 əsrin ikinci yarısına qədər Manna kimi Turan İmperiyasnın tərkibindəki Türk bəyliklərdən biri olmuşdur. Ancaq Kiaksarın dövründə Madaya yaxın olan Türk bəylikləri, eləcə də artıq Elam bölgəsinə yerləşmiş Arilərdən bəzi tayfalar bir araya gələrək xəyanət yoluyla Yeni Turan İmperiyasının başçılarının əksəriyyətini qətlə yetirmişlər. Şübhəsiz, bu xəyanətə qol atan Mada Türkləri Yeni Turan İmperiyasını öz əllərində cəmləşdirməyi düşündükləri halda, onlara dəstək verən Arilərin məqsədi isə tamam başqa idi. Belə ki, Arilər Turanlılar üzərində hərbi güclə qələbə qazana bilməyəcəklərini dəfələrlə gördükləri üçün, bu dəfə hiyləyə əl atmalı oldular. Bu məqsədlə də Mada Türklərinin yeni Turan İmperiyasının aparıcı qüvvəsi olan Saka-Kimmer liderlərinin məhvində yaxından iştirak edərək, onlara hər cür dəstək verdilər. Bununla da, Yeni Turan İmperiyası yenidən parçalanmış vəziyyətə düşərək, bir daha Cənubi Azərbaycan, Xorasan və Xarəzm üzərində hakimiyyətinə əldən verməyə məcbur oldu. Artıq Yeni Turan-Saka İmperiyası Madalıların xəyanətindən sonra xeyli zəiflədi ki, bundan sonra həmin ərazilərdə Mada İmperiyası meydana çıxdı. Mada dövlətinin yaranmasında iştirak edən tayfaların çoxunun, bəlkə də hamısının (Busay, Partakən, Budi, Mağ, İstroxat, Arizant) türk mənşəli olması artıq tarixçi və dilçi alimlər tərəfindən qəbul olunmaqdadır.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi
23.01.2018, 15:58

Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi

Azərbaycanlı akademik erməni deputatı ifşa etdi
23.01.2018, 15:45

Azərbaycanlı akademik erməni deputatı ifşa etdi

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək - ÜZVLƏR   
23.01.2018, 15:34

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək - ÜZVLƏR  

Cahangir Hacıyevə görə cəzalanan vəkil narazıdır: “Məhkəməyə müraciət edəcəm”   
23.01.2018, 15:33

Cahangir Hacıyevə görə cəzalanan vəkil narazıdır: “Məhkəməyə müraciət edəcəm”  

İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü - YENİLƏNİB
23.01.2018, 15:32

İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü - YENİLƏNİB

Milli Məclis fevralın 1-də toplanacaq: sessiyanın ilk iclasının gündəliyi
23.01.2018, 15:25

Milli Məclis fevralın 1-də toplanacaq: sessiyanın ilk iclasının gündəliyi

UNEC-in İqtisadi Araşdırmalar İnstitutu 2017-ci ili uğurla başa vurub
23.01.2018, 15:17

UNEC-in İqtisadi Araşdırmalar İnstitutu 2017-ci ili uğurla başa vurub

Lənkəranda ana və qızını öldürən şəxs TUTULDU   
23.01.2018, 15:16

Lənkəranda ana və qızını öldürən şəxs TUTULDU  

“Aprel döyüşləri”nin qəhrəman polkovniki Rahim Əliyev
23.01.2018, 15:06

“Aprel döyüşləri”nin qəhrəman polkovniki Rahim Əliyev

Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq - Dini Komitənin sədr müavini ilə MÜSAHİBƏ
23.01.2018, 15:00

Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq - Dini Komitənin sədr müavini ilə MÜSAHİBƏ

“Yəqin ki, o, diqqət çəkmək istəyib” - Məşhur cərraha görə, “özünü əməliyyat edən” həkim olayı şişirdib
23.01.2018, 14:44

“Yəqin ki, o, diqqət çəkmək istəyib” - Məşhur cərraha görə, özünü əməliyyat edən həkim olayı şişirdib

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?
23.01.2018, 14:34

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb
23.01.2018, 14:32

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

Energetika Nazirliyi icazələri “ASAN Xidmət” vasitəsilə verəcək
23.01.2018, 14:22

Energetika Nazirliyi icazələri “ASAN Xidmət” vasitəsilə verəcək

Sumqayıtda 20 top mərmisi tapıldı
23.01.2018, 14:18

Sumqayıtda 20 top mərmisi tapıldı

Azərbaycan niyə Qarabağda antiterror əməliyyatına başlaya bilmir...   
23.01.2018, 14:17

Azərbaycan niyə Qarabağda antiterror əməliyyatına başlaya bilmir...  

Bakıda adambaşına düşən yaşıllıq payı AZALIB
23.01.2018, 14:08

Bakıda adambaşına düşən yaşıllıq payı AZALIB

Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO
23.01.2018, 13:59

Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO

Erməni kilsəsi türk əsgərinə xeyir-dua verdi
23.01.2018, 13:51

Erməni kilsəsi türk əsgərinə xeyir-dua verdi

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - Ekspertlər hökumətin son qərarını şərh etdilər
23.01.2018, 13:35

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - Ekspertlər hökumətin son qərarını şərh etdilər

BP prezidenti neftin qiymətinə PROQNOZ VERDİ
23.01.2018, 13:32

BP prezidenti neftin qiymətinə PROQNOZ VERDİ

Maşın bazarında qiymətlər qalxıb
23.01.2018, 13:26

Maşın bazarında qiymətlər qalxıb

Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı
23.01.2018, 13:24

Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı

Dövlət qulluğuna qəbul üçün qeydiyyat başlayır
23.01.2018, 13:13

Dövlət qulluğuna qəbul üçün qeydiyyat başlayır

İtaliyada 45 mafioz saxlanıldı    
23.01.2018, 13:01

İtaliyada 45 mafioz saxlanıldı    

Ermənistan Qarabağ ermənilərindən pul dilənir
23.01.2018, 12:53

Ermənistan Qarabağ ermənilərindən pul dilənir

YAP-dan Şəmsəddin Hacıyevlə bağlı ittihamlara REAKSİYA   
23.01.2018, 12:46

YAP-dan Şəmsəddin Hacıyevlə bağlı ittihamlara REAKSİYA  

Sahibkarlara 5000-ci lisenziya verildi
23.01.2018, 12:40

Sahibkarlara 5000-ci lisenziya verildi

Azərbaycandan bu ay üçün nəzərdə tutulan Ümrə ziyarəti ləğv olunub
23.01.2018, 12:38

Azərbaycandan bu ay üçün nəzərdə tutulan Ümrə ziyarəti ləğv olunub

Gəlirli hamam özəlləşdirildi - Hərracın NƏTİCƏLƏRİ
23.01.2018, 12:30

Gəlirli hamam özəlləşdirildi - Hərracın NƏTİCƏLƏRİ

Sabah hava necə olacaq? - PROQNOZ
23.01.2018, 12:23

Sabah hava necə olacaq? - PROQNOZ

Bəstəkarlar Cümhuriyyətin 100 illiyinə mahnı bəstələyəcəklər?
23.01.2018, 12:19

Bəstəkarlar Cümhuriyyətin 100 illiyinə mahnı bəstələyəcəklər?

Ötən il sürücülər 29,5 milyon manat cərimə ödəyib
23.01.2018, 12:02

Ötən il sürücülər 29,5 milyon manat cərimə ödəyib

Dünyada işsizlərin sayı rekord həddə çatıb
23.01.2018, 12:01

Dünyada işsizlərin sayı rekord həddə çatıb

Qanunsuz saxlanılan silah-sursat müsadirə olundu
23.01.2018, 11:56

Qanunsuz saxlanılan silah-sursat müsadirə olundu

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42.8%)
SOCAR(12.2%)
Azersun Holding(10.2%)
Azercell(4.08%)
Bakcell(8.16%)
Nar mobile(2.04%)
Gilan Holdinq(4.08%)
Nurgun Group(2.04%)
Paşa Holding(4.08%)
Akkord(10.2%)