27 may 2018, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - “Azərbaycandakı falçılar şeytanın yolunu tutublar” - MÜSAHİBƏ
“Azərbaycandakı falçılar şeytanın yolunu tutublar” - MÜSAHİBƏ
03.04.2017, 14:18

Səbuhi Rəhimli: “1990-cı ildən bu günə qədər falçıları ifşa etməklə məşğulam”

 

Tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin Modern.az-a müsahibəsi.

 

- Səbuhi bəy, bu gün İnformasiya Texnologiyaları əsrindəyik, elm, texnika inkişaf edir. Amma hələ də problemlərini falçı, baxıcının "fövqəlgücü” ilə həll etmək istəyənlər var...

 

- Bir quruluşdan o biri quruluşa, bir sistemdən digər sistemə keçəndə, burada sovet dönəmini nəzərdə tuturam, cəmiyyətdə boşluq yaranır. Keçid dövrü ən azı 40-50 il çəkir. Belə olanda da insanların təfəkküründə dövri də olsa, depressiv hal müşahidə olunur. Həmin depressiv hallarda insanların təfəkkürü köhnədən ayrılmaq prosesini çox çətinliklə tərk edir. Yeni təfəkkürü isə qazanmağa tam hazır olmur. Belə olanda insanlarda ümidsizlik, inamsızlıq özünü göstərməyə başlayır. Gələcəyə baxmaq əvəzinə, keçmişin nostalgiyası ilə yaşayırlar. Bu vaxt isə bir növ kəsə yolla arzuladıqları nöqtəyə çatmaq istəyirlər. Düzdür, yaranan boşluqdan çıxanlar, xilas olanlar olur. Amma böyük əksəriyyət naümid qalır. Məhz bu məqamda xurafatla məşğul olan dələduz  falçılar, ekstrasenslər, baxıcılara müraciət edirlər. Tarix göstərir ki, cəmiyyətin maariflənməsində xaos olanda, belə dələduzlar üçün münbit şərait yaranır. Onlar da bundan istifadə edərək meydan sulamağa başlayırlar. Bizdə media, xüsusilə də televiziyalar müzakirə etdikləri mövzu ilə bağlı alim, sanballı söz adamı, ictimai xadimi falçı ilə yanaşı oturdurlar. Dəhşətli də orasıdır ki, veriliş zamanı alimlərdən çox məhz fırıldaqçı falçıların fikirlərinə üstünlük verilir. Çox vaxt sanballı söz adamlarının, alimlərin danışıqları qayçılanır.

 

- Hətta onların efirlərdə, mətbuat səhifələrində ölkəmiz və dünya ilə bağlı proqnozlarına da rast gəlirik...

 

- Mən özüm 1990-cı ildən bu günə qədər falçıları ifşa etməklə məşğulam. Bəli, ilin axırında hamısı düzülüb proqnoz verirlər. Amma verdikləri 20 proqnozdan biri də düz çıxmır. Və həmin açıqlamanı, süjeti yayımlayan media orqanı gedib o falçının yaxasından yapışmır, ən azı təhlil vermir ki, axı sən dediyinin hamısı səhv çıxıb. Eləmirlər. Ancaq ilin axırından-axırına falçılara meydan verilir. Mənim anlayışıma görə bunlar cəmiyyətin maariflənməməsi səbəbindən doğur. İnsanlarda dini, ruhani maariflənmə prosesi o qədər ləng gedir ki, bu cür nəticələrlə qarşılaşırıq.

 

- Dünyada və ölkəmizdə övlad həsrəti çəkən ailələrin sayı artmaqdadır. Hətta bu səbəbdən bir çox ailələr dağılır. Bəzən efirlərdə “filankəsin övladı olmurdu, mən ona övlad verdim, ailəsini dağılmağa qoymadım”, deyə sinəsinə döyən falçılar peyda olur. Necə düşünürsünüz, insanın özünün əlində olmayan bir şeyi falçı necə edə bilər? Ümumiyyətlə, falçının hansısa dua ilə, ovsunla sonsuz ailəyə övlad bəxş etməsi mümkündürmü?

 

- Bu Allahın işidir. Falçı kimdir ki, insana övlad versin?! Onlar bu fikirləri səsləndirməklə Allahın işinə qarışırlar.

 

- Bu cür fırıldaqçılarla hansı mübarizə metodlarını üstün sayırsınız? Qeyd edim ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı falçılığı qadağan etməsə də, vətəndaşlara bu əməldən çəkinməyi, eyni zamanda falçı yanına getməməyi tövsiyə etdi. Nəticəsi varmı bu göstərişlərin?

 

- Mübariz Qurbanlı falçılığa qarşı qərar çıxartsa belə, bu dəqiqə İçərişəhərdə 20-dən çox falçı fəaliyyətdədir. İnandırım sizi ki, onların növbəsinə düşmək mümkün olmur. Bildiyiniz kimi, İçərişəhərdə Mirmöhsün ağanın evi var. Çoxları heç onun evini ziyarət etmir, kandarından keçib falçı yanına gedirlər. Məndə o falçıların  hamısının siyahısı var. Onların heç biri ilə də mübarizə aparılmır. Yalandan pafoslu çıxışlar etməklə problem həll edilmir.

 

- Səbuhi bəy, iştirak etdiyiniz verilişlərdə tez-tez falçılarla üz-üzə gəlirsiniz. Çətin olmur ki, sizə?

 

- Bəli, doğrudur gedirəm. Həmişə də o verilişlərdə falçıları susdurmağı bacarıram. Bu yaxınlarda bir efirə getmişdim. Aparıcı çəkiliş başlamamışdan əvvəl baxıcılardan birinə dedi ki, “bizə falçıları efirə çıxarmağa icazə vermirlər, siz deyərsiz ki, məndə bioenerji var, bəsirətim açıqdır” və s. Hətta bu yolla falçılara “don geyindirib” efirə çıxarırlar, meydan verirlər.

 

- Fikirlərinizdən belə anladım ki, bu gün falçıların daha çox tanınmasında televiziyaları günahlandırırsınız. Bəs, onların falçılara meydan verməkdə məqsədləri nədir? Televiziyalar falçılarla sövdələşiblərmi, yoxsa sadəcə reytinq üçünmü buna gedirlər?

 

- Hər iki tərəfin marağı var. Bir misal çəkim. Mən Səbuhi Rəhimli olaraq dəvət aldığım verilişə gedəndə həmişə düşünürəm ki, mənim danışacağım sözlərdən insanlarımız nə götürəcək? Elmi bilgilərdən onlara nə verəcəm? Bəzilərinin, adam qəbul etdiyimi, kitab açdığımı yanlış olaraq düşünməsinə baxmayaraq, mən adam qəbul etmirəm. Mən media adamıyam və bu cür fırıldaqçılıqdan da uzağam. Mən dəvət aldığım veriliş üçün sadəcə tərəfəm. Amma sensasiya yaradıb onlara reytinq gətirmək mənlik deyil. Mübahisəsiz, skandaldan uzaq adamam. Və bu xüsusiyyətim televiziyalara sərf eləmir. İnandırım sizi, neçə verilişə getmişəm. Qarşı tərəflə normal, sakit polemika aparmışıq. Veriliş başa çatanda aparıcılar başına döyüblər ki, reytinqimiz düşdü aşağı. Deyirəm, niyə? Cavabında, skandal olmadığını deyir. Falçılar ilk dəfə üçün 500-1000 manat verərək efirə çıxıblar. Amma mən onları “beşik”lərindəcə “boğmuşam”. Bir də efirə çıxmayıblar. Efirlərə  pul qazanmaq və pul qazandırmaq lazımdır. Bunu da yalnız müğənnilər verir. Müğənnilər də dövri olaraq pulları azala bilir, heç də həmişə pul verə bilmirlər. Falçılar isə televiziyalar üçün potensial müştəridir. Onların müştəri yığması üçün efirdən gözəl şərait yoxdur.

 

- Onda belə çıxır ki, falçılar efirə buraxılmasa, problem də nisbətən həll edilmiş olar. Yoxsa onların başqa reklam metodları var?

 

- Onların evinin qarşısında daim kimsə olur. Bu da təbii ki, öz adamı olur. Kimsə yaxınlaşıb falçını soruşanda başlayır tərfiləməyə. Deyir, “bilirsən, mən də onun yanında olmuşam, filan şeyləri elə dəqiqliklə dedi ki, mat qaldım”, yaxud filan şeyim itmişdi, o tapdı” və s. Televiziyalarda reklam etdikləri zaman maariflənməmiş, cahil, ümidsiz tamaşaçı da düşünür ki, bu falçı gör nələrə qadirdir. Sovet dövründə bir söz vardı. Deyirdilər ki, “onun savadı olmasa televiziyaya buraxmazlar”, düz olmasa, qəzetə yazmazlar”. İndi də hələ o sovet təfəkküründən çıxmayan insanlarımız var. Tamaşaçı bir tərəfə, verilişin aparıcısı- savadlı, bacarıqlı bir adam efirdən deyir ki, “bu baxıcı neçə fikir deyib, hamısı düz çıxıb”. Tamaşaçı da başlayır inanmağa. Bu təbliğat məsələsidir. Bu təbliğatın da nəticəsində fırıldaqçı falçılar pul qazanmağa başlayır. Bu baxımdan televiziya böyük gücə malikdir. Elə həkimlər var ki, nə savadı var, nə səriştəsi var, amma efirə çıxıb özünü reklam etdirir. Çünki qarşı tərəfdə onu ittiham edəcək kimsə yoxdur. Onun üçün yaşıl işıq yanır və o, nə istəyir danışır, insanlar da bunun həqiqət olduğuna inanır. Amma qəbuluna gedəndə həkimin əlindən heç bir iş gəlmədiyini görürlər. Halbuki, savadlı professorlar qalıb kənarda, işləmək üçün heç bir imkan və şəraitləri yoxdur. Bu baxımdan savadsızlar, fırıldaqçılar pul qazandıraraq pul qazanırlar. Görünən odur ki, tibb, müğənnilərin şou yaratdığı verilişlər televiziyalara çox da gəlir gətirmir. Buna görə də başlayırlar bu biri yolla-falçılardan dilənməyə.

Bu yaxınlarda bir verilişə də çağırmışdılar. Məni tamam fərqli məsələyə görə çağırıblar, amma baxıram verilişin məndən başqa bütün qonaqları falçılardır. Hamısı da mənim üstümə düşür. Təbii ki, əlimdə arqumentlər olduğuna görə çoxluğu da susdurmağı bacarmışam. Baxmayaraq ki, hətta verilişdəki çıxışlarımı kəsib-doğrayıblar.

 

 

- Səbuhi bəy, dediniz əsasən savadsız, cahil insanlar falçıların toruna düşür. Bu gün heç kimə sirr deyil ki, Azərbaycanın varlı təbəqəsinin nümayəndələri, məmurlar, xüsusilə də onların xanımlarının proqnozlarına inandığı, daim yanına getdikləri falçılar, ekstrasenslər var. Əksəriyyəti xaricdə təhsil alıb, savadlıdır, yəni sizin bayaq misal çəkdiyiniz kimi cahil deyillər...

 

- Çünki maariflənmə dərəcəsi aşağıdır. Falçı yüz şey deyir, onun biri tutan kimi, insanlar inanır. Mən deməzdim ki, məmurlar, onların xanımları çox savadlıdır. Məmurların sadəcə pulları var. Verilişlərdə olanda müğənnilərlə ünsiyyətdə oluram. Xüsusilə xanım müğənnilər falçı yanına getməklərindən ağızdolusu danışırlar. Biri, bəyənmədiyi digəri haqqında deyir ki,” getdim onun yolunu bağlatdırdım, işini çətinə saldırdım”, yaxud “getdim baxdırdım, falçı dedi sənə quyu qazan filankəsdir” və s. Mənim fikrimcə, bunların hamısı pulun çoxluğundan, harınlıqdan doğan şeylərdir. Məmurlar, varlı adamlar da belədir. İntriqa yaratmaq, yarışdığı hansısa məmur xanımının bundan nədə üstün olduğu guya sübut etməyə çalışırlar. Bu da cahillikdən doğan bir şeydir. Mən özüm onların fırıldaq olduğunu dəfələrə ifşa etmişəm. Allahın yolunu tutanlar var, şeytanın yolunu tutanlar var, bir də orta insanlar var. Yəni nə o yanlıqdılar, nə də bu yanlıq.

 

- Azərbaycanda həqiqətən də uzaqgörən, ekstra hislərə malik, onu başqalarından fərqləndirən qabiliyyəti olan falçılar varmı? Yoxsa hamısı fırıldaqçıdırlarmı?

 

- 1995-ci ildə qətlə yetirilən parapsixoloq Etibar Elkin var idi. Azərbaycanda ilk dəfə ekstrasenslər ittifaqı yaratmışdı. Nazirlər Kabineti və Qafqaz Müsəlmanları İdarəsi ilə bir yerdə elan vermişdi ki, kimdə qeyri-adi qabiliyyət varsa, buyursun, gəlsin, sınaqdan keçsin və lisenziya alsın. Azərbaycanın müxtəlif yerlərindən insanlar ittifaqa müraciət edirdi. Mən də həmin vaxt ittifaqın “Amin” qəzetinin redaktoru idim. Eyni binada olduğumuzdan gəlib-gedənləri müşahidə etmək imkanın olurdu. İnandırım sizi gələnlərdən 100-də 99-u fırıldaqçı idi.

 

- Bir insanın qeyri-adi, öncəgörmə qabiliyyətinə malik olması necə müəyyən edilə bilər?

- Öncəgörmə qabiliyyəti iki şeydə ortaya çıxır. Birincisi, yüksək bilgidən, təfəkkürdən, ikincisi travmalardan. Mən gördüm ki, Azərbaycanda olanların 98 faizi də yox, 99 faizinin hamısı travma, stress, hansısa hallüsinasiya sisteminə qoşulan adamlardır ki, sinələrinə döyüb “mən falçıyam” deyirlər. Sinəyə döymək lazım deyil. Həqiqətən baxan adamlar heç vaxt sinəsinə döymür və onların reklama ehtiyacı da yoxdur.
Mən bilirdim ki, Lerikdə dağ başında qoca bir kişi yaşayırdı. Nə reklam olunurdu, nə də yanına gələnlərdən pul alırdı. Mən də onu görmək istəyirdim, amma məlumat aldım ki, dünyasını dəyişib. Həddindən artıq qoca idi. Yanına gələnlərdən heç nə istəmirdi, “mənə bu qabiliyyət verilib və bunu Allah xatirinə edirəm” deyirdi. Belə insanlar da var. Əgər bir falçının düz çıxan proqnozları varsa, onun reklama ehtiyacı olmaz. Elə 3-4 məmur ondan mütəmadi proqnoz alar, onları dolandırar. Amma bunlar gör nə vəziyyətdədirlər ki, televiziyalara yalvar-yaxar edib 500-1000 manat verirlər ki, məni reklam elə. Hətta olub ki, falçılıq edənlərdən bir neçə nəfəri məni tanımadan reklam üçün müraciət etmişdilər. Bir səhifə üçün 300 manat pul verirdi. Mən isə bu təklifdən imtina etdim. Halbuki 300 manat qəzetin həm çap pulu, həm də digər xərclərinə bəs edir. Bir səhifədə əziyyət çəkməyib yazı vermərəm, hazır materialı verərəm. Amma mən buna getmərəm. 3-4 nəfər olub. Onlara demişəm ki, “deyəsən siz məni tanımırsınız”. Burada insanın tamahı da böyük rol oynayır.

 

- Bir müddət əvvəl Azərbaycanda “Görücü Məlahət”, Yeganə, Rusiyada yaşayan Zirəddinin adına tez-tez rast gəlinirdi. Onların həqiqətən də baxıcılıq qabiliyyəti varmı?

 

- Məlahətin zərərsizləşdirilməsində o dövrün- 1990-cı illərin sonlarında mənim müstəsna xidmətim oldu. Mən 2001-ci ildən 2008-ci ilə qədər hansısa falçının qəzetə çıxmasına imkan vermədim. Bunu da təkbaşına etdim. Sonra falçılar televiziyalarda görünməyə başladı. Yenə efirlərə getdim. Efirlərə getməklə hamsını bir-biri zərərsizləşdirdim. Hətta televiziyada Yeganə ilə eyni verilişdə olanda, ona “bəli, mən cadugərəm” etirafını etdirdim. Bundan sonra mən qəzetdə geniş bir məqalə yazdım. Cadugər nədir, kimdir, nəyə qulluq edir və s. Bu yazıdan sonra Yeganə də sakit durdu.

Sonra eşitdim ki, “Lider” telekanalında xəstələri yığıb “Ekstra hiss” adlı veriliş hazırlayırlar. Həmin ərəfədə məni işləmək üçün verilişə dəvət etmişdilər. Getdim 1 il işlədim. O verilişi də “beşikdəcə boğdum”.

 

- Hansı metoddan istifadə etdiniz?

 

- Hansı metodla özümün sirrimdir. Sevindiricidir ki, bu gün həmin veriliş yoxdur. Mən mübarizdən çəkinmədim. Sonra da vadar etdik ki, falçıların əleyhinə qərar çıxarılsın. Qaldı ki, bayaqkı sualınızın cavabına, o falçıların içərisində Zirəddin bir az fərqlidir.  Onda nə isə var. Amma Zirəddinin gücü şeytani üslubdadır. Bu xətti Allah yolu ilə götürsən, səmərə verər, heç reklama ehtiyac qalmaz. Zirəddin nə ekstrasensdir, nə parapsixoloqdur. O sadəcə telepatdır. İtən şeylərin yerini tapmaq, gizli qalan cinayətin izini açmaq kimi gücə malikdir. Belə şeyləri yaxşı bacarır. Onun özünə “mən parapsixoloqam, öncəgörənəm” deməklə deyil. Zirəddin mənim dostumdur, az qala hər gün əlaqə saxlayırıq. Amma mən düzünü deyənəm, heç nədən, heç kimdən çəkinmirəm. İnsanda hansısa qabiliyyət varsa, onu doğru, elmi yolla inkişaf etdirməlidir. Amma bundan pul qazanmaq, tamahkarlıq etmək düzgün deyil. Mən Zirəddinlə Moskvada da görüşmüşəm. Orada olan zaman 10 nəfəri qəbul edirdisə, özündən onların hərəsinə bir şey deyir, yola verirdi. Soruşanda da deyirdi ki, ”əşşi ona bu lazımdır, dedim, təsəlli verdim”. Amma belə olmaz axı. Zirəddin əvvəllər adam qəbul edirdi. İndi böyük işlərlə, bizneslə məşğuldur. Ayda bir dəfə adam qəbul edir, özü də çox baha- minimum 2 min dollara. O pulu da elə-belə adamlar vermir. Adamlar var ki, buradan Moskvaya uçur, 2 minini verir qəbula gedir, amma sonra da gəlib Bakıda Zirəddini söyür.

 

- Dediz ki, “Lider” telekanalında gedən “Ekstra hiss” verilişini “beşikdə boğmusuz”. Yəni verilişin bağlanması sizin əlinizlə olub?

 

- Xeyr, elə demədim. Həmin vaxt veriliş fasiləyə çıxmışdı. Mən orada işləyirdim. Mənim orada dostlarım var, konkret ad çəkmək istəmirəm. Bəzi işlər görərək verilişin bağlanmasında müstəsna xidmət göstərdim. Mən hətta istədim şou tipli verilişlərlə də bağlı nə isə edim. Amma hələ ki, gücüm çatmır. İnsanların mənəviyyatına, düşüncəsinə, milli mentalitetinə zərbə vuran bütün verilişlərə qarşı ayaqdayam. Amma hələ ki, bu sahədə zəifəm.

 

- Səbuhi bəy, güc deyəndə nəyi nəzərdə tutursuz? Sizin də qeyri-adi bacarığınız var?

- Mənim gücüm əlimdə olan aktiv mediadır. Yeri gələndə verilişin rəhbərliyinə sənədli-sübutlu iradımı bildirmişəm ki, pula görə millətin mənəviyyatını məhv etməyin. Budur bunun sirri. Məndə qeyri-adi nə qabiliyyət var ki? Həm də özümün qəzetim var. 1999-cu ildən bu günə qədər falçıları ifşa edirəm, hər zaman bu barədə yazırıq. Bu sahədə mübarizələrimi də davam etdirəcəyəm.

 

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM
27.05.2018, 13:48

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI   
27.05.2018, 13:43

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI  

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  
27.05.2018, 13:32

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27.05.2018, 13:11

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
27.05.2018, 12:47

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Paşınyanın öz dığasının əlinə silah verməsi populistlikdir…   
27.05.2018, 12:44

Paşınyanın öz dığasının əlinə silah verməsi populistlikdir…  

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO
27.05.2018, 12:22

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO

Qurban Məmmədov mühacirətə getdi
27.05.2018, 12:00

Qurban Məmmədov mühacirətə getdi

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb
27.05.2018, 11:16

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb

Fransanın xarici işlər naziri Bakıya gəlib
27.05.2018, 11:14

Fransanın xarici işlər naziri Bakıya gəlib

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti
27.05.2018, 10:40

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi
27.05.2018, 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi
27.05.2018, 10:13

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi

Ermənistan atəşkəsi 86 dəfə pozdu
27.05.2018, 09:42

Ermənistan atəşkəsi 86 dəfə pozdu

İlham Əliyevin oğlu məzun oldu - FOTOLAR
27.05.2018, 09:00

İlham Əliyevin oğlu məzun oldu - FOTOLAR

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY
27.05.2018, 00:49

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu
27.05.2018, 00:40

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu

Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA
27.05.2018, 00:12

Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA

Prezident: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"
26.05.2018, 23:57

Prezident: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"

Platiniyə qarşı təhqiqatlar dayandırılıb
26.05.2018, 23:46

Platiniyə qarşı təhqiqatlar dayandırılıb

Futbolçu əvvəlcə sevgilisini öldürdü, sonra intihar etdi
26.05.2018, 23:34

Futbolçu əvvəlcə sevgilisini öldürdü, sonra intihar etdi

Rusiyanın ən məşhur tarixi əsərini zədələdilər   
26.05.2018, 23:18

Rusiyanın ən məşhur tarixi əsərini zədələdilər  

Rusiya Türkiyəyə milyard dollar ödəyəcək
26.05.2018, 23:09

Rusiya Türkiyəyə milyard dollar ödəyəcək

Sumqayıtda qadın vurulan iynədən ölüb
26.05.2018, 22:58

Sumqayıtda qadın vurulan iynədən ölüb

“Real”, yoxsa “Liverpul”: Çempion kim olacaq? 
26.05.2018, 22:50

“Real”, yoxsa “Liverpul”: Çempion kim olacaq? 

Dünyada hər il 5,4 milyon insanı ilan sancır
26.05.2018, 22:46

Dünyada hər il 5,4 milyon insanı ilan sancır

Bu ölkədə  "YouTube”  qadağan edildi
26.05.2018, 22:27

Bu ölkədə  "YouTube”  qadağan edildi

Prezident İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"
26.05.2018, 22:23

Prezident İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub
26.05.2018, 22:13

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub

Müəllimlərə şad xəbər: maaşları artırılacaq   
26.05.2018, 22:00

Müəllimlərə şad xəbər: maaşları artırılacaq  

Yəməndə milli barışıq elan edilir
26.05.2018, 21:43

Yəməndə milli barışıq elan edilir

Gədəbəydə bıçaqlanma - Yaralı xəstəxanada öldü
26.05.2018, 21:31

Gədəbəydə bıçaqlanma - Yaralı xəstəxanada öldü

Azərbaycan içki ixracını iki dəfə azaldıb
26.05.2018, 21:19

Azərbaycan içki ixracını iki dəfə azaldıb

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
26.05.2018, 21:00

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

Bu ölkədə abortun ləğvi üçün referendum keçirilir
26.05.2018, 20:44

Bu ölkədə abortun ləğvi üçün referendum keçirilir

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.6%)
Meral Akşener (12.4%)
Rəcəb Tayyip Ərdoğan (58.3%)
Selahattin Demirtaş (1.62%)
Temel Karamollaoğlu (0.54%)
Doğu Perinçek (5.40%)